“Qazaxın 7 kəndi və Kərkinin qaytarılması masadadır”

“Dünən  Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsi ilə bağlı komissiya formalaşdırılıb. Bu komissiya tərkibində olan qurumlar içində Qazaxın icra hakimiyyəti və Naxçıvan prezidentinin  baş nazirinin müavinin də adları qeyd olunub”.

Bu barədə  Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir 
Hümbətov “Sherg.az”a açıqlamsı zamanı bildirib. Onun sözlərinə görə, bu, onu göstərir ki, Qazaxın anklav 7 kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması ilə bağlı məsələ masadadır:

“10 mayda xarici işlər nazirinin müavini Xələf Xələfovun verdiyi açıqlama da onu göstərir ki, sözügedən ərazilərin qaytarılmasına dair razılıqlar var. Amma prosedurun komissiyaların fəaliyyətə başlamasından sonrakı dövrdə həyata keçiriləcəyi gözlənilir. Hazırda həmin ərazilər bizdə deyil”
.
Politoloq qeyd edib ki, bir müddət sonra həmin ərazilər Azərbayacana  qaytarılacaq:

“Bu müddət komissiyaların fəaliyyəti ilə bağlıdır. Nəzərə almalıyıq ki, həm də həmin bölgələrdə Ermənistan əhalisi yaşayır. Onların oradan çıxarıldıqdan sonra  Azərbayacana təhvil veriləcək. Təbii ki, bunların hər biri komissiyaların fəaliyyəti ilə bağlı olan məsələlərdir. Güman edirəm ki, yaxın vaxtlarda uğurlu nəticə əldə edilər”.