Zərurət yaranıb!-  “Quru sərhədlər açılmalıdır”

“Sərhədlərin açılması həm sərhədyanı bölgələrin iqtisadi aktivliyinə təsir göstərəcək”

“Eyni zamanda turizmi intensivləşdirəcək, gediş-gəlişi asanlaşdıracaq. Ümumi fon üçün müsbət  şərait yaradacaq”


“Biz də olan məlumatlara görə Gürcüstanla quru sərhədlər iyunun 1-də açılmalı idi. Lakin faktiki olaraq, sərhədlərin açılmasına dair məlumat və ya açıqlama yoxdur. Qərarın icra olunduğunu dəqiq bilmirik”.
“Sherg.az” xəbər verir ki, bu barədə iqtisadçı Fuad İbrahimov Gürcüstanla Azərbaycan arasında quru sərhədlərin açılmaması haqqında danışarkən qeyd edib. O, bildirib ki, quru sərhədlər pandemiyanın tələblərinə əsasən bağlanmışdı:

“Hazırda hər iki respublikada pandemiya ilə bağlı vəziyyət çərçivəli şəkildə idarə olunur. Elə də problemli vəziyyət yoxdur. İki ölkədə də vaksinasiya prosesi kifayət qədər normaldır.

Hesab edirəm ki, bu sərhədlər açılmalıdır. Sərhədlərin açılması həm sərhədyanı bölgələrin iqtisadi aktivliyinə təsir göstərəcək. 

Eyni zamanda turizmi intensivləşdirəcək, gediş-gəlişi asanlaşdıracaq. Ümumi fon üçün müsbət  şərait yaradacaq”.