Fərman imzalandı! – “Xüsusi hərbi əməliyyat”da həyatını itirənlərin ailələrinə maaş...”

Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən, Ukrayna və Suriyada həlak olan Rusiya milli qvardiyaçılarının ailələrinə 5 milyon rubl ödəniləcək.
“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmanda Ukraynanın separatçı Donetsk və Luqansk bölgələrində keçirilən “xüsusi hərbi əməliyyat” zamanı həyatını itirənlərin ailələrinə də maaş veriləcəyi bildirilib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin martın 25-də paylaşdığı məlumatlara görə, Rusiyanın 24 fevralda başlatdığı hücumlarda 1351 rus əsgəri həyatını itirib. Bununla belə, Qərb rəsmiləri və hərbi müşahidəçilər ölənlərin sayının daha çox olduğunu təxmin edirlər.