Türkiyə istəklərinə nail oldu! – “Finlandiya və öhdəlik götürdü”

“Eyni zamanda  Türkiyənin hərb sənayesinə və ordusuna qoyulmuş sanksiyalar və embarqolar aradan qaldırıldı”“Artıq 

"Türkiyə istədiyi silahları və silah detallarını ala biləcək”

“Həmçinin ola bilsin ki, Türkiyə ABŞ-dan  bunun əvəzində həm də Suriyada əməliyyat aparmaq üçün icazə alıb”


Dünən İsveçin Baş naziri Maqdalena Andersson, Finlandiyanın Prezidenti Sauli Niinistö və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə görüşündə NATO-ya üzvlüklə bağlı razılıq əldə olunub. Üç ölkə başçısının görüşündə əldə olunan razılıq nəticəsində Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı veto hüququndan imtina edib.Müzakirələrdən sonra Finlandiya və İsveç liderləri terror təşkilatları tərəfindən Türkiyəyə qarşı həyata keçirilən hücumları açıq və birmənalı şəkildə pislədiklərini, həmçinin terror təşkilatları ilə əlaqəli şəxslərin fəaliyyətinin qarşısını almağı öhdələrinə götürdüklərini bəyan ediblər. Bundan başqa, Finlandiya və İsveç Türkiyənin təqdim etdiyi faktlar və kəşfiyyat məlumatları əsasında terrorda şübhəli bilinən şəxslərin deportasiya və ya ekstradisiya tələblərini anında icra etməyə vəd veriblər.

Madriddə keçirilən danışıqlardan sonra Türkiyə, İsveç və Finlandiya üçtərəfli birgə memorandum imzalayıb.

Sözügedən məsələ ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Turab Rzayev bildirib ki, razılaşmanı Türkiyə üçün müəyyən qədər əhəmiyyətli hesab etmək olar:

“Çünki Türkiyə öz istəklərinə nail oldu. Finlandiya və İsveç Türkiyəyə qarşı terror təşkilatlarını dəstəkləməyəcəyini öz üzərinə götürdü. Eyni zamanda  Türkiyənin hərb sənayesinə və ordusuna qoyulmuş sanksiyalar və embarqolar aradan qaldırıldı.  Artıq Türkiyə istədiyi silahları və silah detallarını ala biləcək. Bütün bunları Türkiyə üçün müsbət saymaq olar. Üstəlik bu ölkələr hələlik NATO-ya qəbul edilməyib. Hələ ki İsveç və Finlandiyaya NATO-ya dəvət edilməyə icazə verilib. Türkiyə burada əsas rol oyanayacaq. NATO və Türkiyədən ibarət bir komissiya bu prosesi izləyəcək. Əgər bu ölkələr verdiyi sözlərə əməl etməzsə, o zaman müdaxilə etmək imkanı yaranacaq. Əsas məsələ Türkiyənin istədiyini əldə etməsidir”.

T.Rzayevin sözlərinə görə, məsələnin pərdəarxası məqamı da ola bilər:

“Burada Türkiyə əsas “bazarlığı” İsveç və Finlandiya ilə yox, Amerika Birləşmiş Ştatları ilə edib. Ola bilsin ki, Türkiyə ABŞ-dan  bunun əvəzində həm də Suriyada əməliyyat aparmaq üçün icazə alıb.

Rusiyanın mövqeyi burada uğurlu olmadı. Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyününün qarşısını açması Rusiya üçün böyük zərbə oldu. Amma hazırda Rusiya buna müqavimət göstərəcək gücdə deyil. Rəsmi Moskva məcbur müəyyən açıqlamalar verəcək. Lakin əvvəl-axır bu faktla barışmalı olacaq. Çünki Türkiyə Rusiya üçün çox əhəmiyyətlidir, onun Türkiyədən başqa müttəfiqi yoxdur. İndiki məqamda Rusiya Ankaradan bir çox məqamda asılıdır”.