Zərgəzurda hərbi infrastruktur yaradılıb! – “Bu, Azərbaycanın gələcək hədəflərindən xəbər verir”

“Zərgəzurda hərbi infrastrukturun yaradılması, o cümlədən komando hissələrinin açılması bu ərazilərdə təhlükəsizliyin və sabitliyin təmin olunması üçün mühüm faktor hesab edilir”.

Bu barədə hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a açıqlamasında bildirib. O, hesab edir ki, bu hərbi hissələrin yaranması Azərbaycanın gələcək hədəflərindən xəbər verir :

“Birgə bəyanatdakı öhdəliklərini yerinə yetirməyən Ermənistan Azərbaycanın Qərbi Zəngəzurla Şərqi Zəngəzurun sərhədlərində yerləşən hərbi hissələrindən özü üçün dərslər çıxarmalıdır. Xatırladaq ki, artıq bu bəynatın üzərindən 18 ay keçməsinə baxmyaraq, nə erməni silahlıları Qarabağdan çıxarılıb, nə də Azərbaycanın Naxçıvanla maneəsiz əlaqəsi təmin olunub. Həmçinin Azərbaycandan olan məcburi köçkünlər doğma yurd-yuvalarına qayıtmayıblar.

Belə olan halda Azərbaycanın Zəngəzurda hərbi hissələri yerləşdirilməsi həm də Azərbaycanın gələcək hədəflərinin müəyyən konturlarını görməyə imkan verir. 

Hər bir halda bu hərbi hissələrin açılaması Azərbaycan Ordusunun böyük potensialının artmasına, Azərbaycanın Ermənistan üzərində güc balansını daim öz xeyrinə saxlamasına  münbit şərait yaradır”.