Papa gənc oğlanların analarına da çağırış edib: “Onları evlənməyə...”

Katolik dünyasının ruhani lideri Papa Fransisk mühüm açıqlamalar verib.
Anti-LGBT çıxışları  ilə tanınan , zaman-zaman sərt tənqidlərə məruz qalan Papa evlilik yaşında olub evli olmayan kişilərə müraciət edib. “Sherg.az” xarici mediaya istinadən xəbər verir  ki, onlara evlilikdən qorxmamağı məsləhət görüb. O, gənc oğlanların analarına da çağırış edib:
“Oğullarınızın köynəyini ütüləməyi dayandırın. Onları evlənməyə təşviq edin. Həddindən artıq sahiblənməyin və yuvanı tərk etmələrinə icazə verin. Buna gecikməyin".