“İran Azərbaycana əzələ nümayiş etdirir”

“Cənub qonşumuz istəmir ki, onunla sərhəddə Türkiyə və ya NATO-nun qoşunları olsun”

Yaxın günlərdə İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Azərbaycan ilə sərhəddə irimiqyaslı hərbi təlim keçirməyi planlaşdırır. Bu haqda SEPAH-ın Quru Qoşunlarının komandanı briqada generalı Məhəmməd Pakpur məlumat verib. Onun sözlərinə görə, təlim hərbi manevr təqvimə uyğun olaraq döyüş hazırlığının artırılması və yoxlanılması məqsədilə keçirilir.

 Politoloq Azər Rəşidoğlu məsələ ilə bağlı “Sherg.az”a danışarkən bildirib ki, İran bununla bir növ Azərbaycana əzələ nümayiş etdirir:

 “Ölkəmizin Qərbə açıq olması, Avro-Atlantika məkanına inteqrasiyası rəsmi İrəvanda qıcıq oyadır. İran istəmir ki, onunla sərhəddə Türkiyə və ya NATO-nun qoşunları olsun. Bu baxımdan Azərbaycanla sərhəddə hərbi təlimlərə başlamaqla buranın öz nəzarətində olduğunu göstərməyə çalışır. Zaman-zaman belə addımlar atsa da, heç nəyə nail ola bilməyəcək ”.