SƏRT MESAJ! - “Mövqeylərimizə atəş açılsa, düşmən həmin an məhv ediləcək”

Şair Ramaldanov: “Sərhədlərimizdə ağır silahların yerləşdirilməsi bizi biganə qoya bilməz. Bizim tərəf də lazım olan tədbirlər görəcək”

Elxan Qəniyev:“Onlar yaxşı bilir ki, bu görüş yenə nəticəsiz olsa, Azərbaycan hərbi yola əl atmalı olacaq”



Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi müşahidə edilib. 

Müdafiə Nazirliyindən bildirilib ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. 

Bunun sadəcə göz dağı olduğunu deyən hərbi ekspert Elxan Qəniyev “Sherg.az”a bildirib ki, rəsmi İrəvan Zəngəzur dəhlizinin açılması ilə razılaşmasa olacaqlardan qorxur: 

“Bu yaxınlara Rusiya-Azərbaycan və Ermənistan prezidentləri arasında 3 tərəfli görüş olacaq. Onlar yaxşı bilir ki, bu görüş yenə nəticəsiz olsa, Azərbaycan hərbi yola əl atmalı olacaq. Bunun İranın təlimləri ilə eyni vaxtda olması isə, altında fərli məqamlar gizlədir. Astana sammitində isə prezident dedi ki, “Bizim səbrəmiz artıq tükənib. Əgər Naxçıvana yol açılmasa biz yenidən hərbi yola əl atacağıq”. Bu da onları təşvişə salıb”.

Məsələyə münasibət bildirən ehtiyatda olan polkovnik Şair Ramaldanov isə  qeyd edib ki, ermənilər hələ də revanşist əməllərdən əl çəkməyib:

“Artileya yerləştirməklə onlar heçnə əldə edə bilməzlər. Çünki bu ərazilər tam nəzarət altındadır. Ordan bizim mövqeylərə hansısa atəş açılsa, düşmən həmin an məhv ediləcək. Sərhədlərimizdə ağır silahların yerləşdirilməsi bizi biganə qoya bilməz. Bizim tərəf də lazım olan tədbirlər görəcək. Digər tərəfdən ölkə başçısının dediyi kimi “Əgər onlar bizim sərhəddi tanımırsa, biz də onların sərhəddini tanımırıq”. Yəni ki, ortada konkret bir sərhəd yoxdur. 

Əgər rəsmi İrəvan növbəti təxribata cəhd etsə, Azərbaycan ordusu bundan istifadə edərək həmin əraziləri ələ keçirərək öz təhlükəsizliyini qoruya bilər. 

Çünki belə bir hüquqi şərait yaranıb və beynəlxalq normalar çərcivəsində təhlükə mənbəyi olan dövləti öz gücü hesabına neytrallaşdırmaq ixtiyarı verilir. 

Yəni ordumuz 12-13 sentyabrdakı kimi təxribatlara adekvat cavab verərək anti-terror əməliyyatı apara bilər. Çünki beynəlxalq aləmdə artıq belə bir praktika mövcuddur. Türkiyə Suriya və digər ölkələrdə təhlükə mənbəyi sayılan PKK-ya qarşı anti-terror əmaliyyatları aparıb. 

Bu isə terrorçuları öz sərhəddindən uzaqlaşmaq məqsədi daşıyırdı. Biz də sərhədlərin tanınmadığı bir vəziyyətdə təxribatlara sərt cavab verə bilərik”.