Turab Rzayev:“Rəsmi Bakı sərhədlərin delimitasiyası və demarkasiyası, Zəngəzur dəhlizinin açılmasını istəyir”
“Moskva isə ən azında Zəngəzur dəhlizi və sərhədlərin delimitasiyası məsələsini həll etməlidir”
“Bunu etməklə o, göstərə bilər ki, iki il ərzində bu danışıqlardan heç olmasa bir dənə real nəticə əldə olundu»
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə Azərbaycan liderləri - Vladimir Putin və İlham Əliyevlə görüşdə iştirak etmək üçün oktyabrın 31-də Soçiyə gedəcək.
Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
O bildirib : « Bəli, məndə olan məlumata görə, Baş nazir Soçiyə gedəcək. Görüşün baş tutacağına inanıram ».
Xatırladaq ki, Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı Rusiyaya üçtərəfli görüşə dəvət
Görüşün kodlarını "Sherg.az"a açan siyasi şərhçi Turab Rzayev söyləyib ki, Azərbaycanın bu görüşdən çox böyük gözləntiləri var:
"İlk növbədə rəsmi Bakı artıq bir neçə məsələ ilə bağlı real addımın atılmasını istəyir. Bunlar sərhədlərin delimitasiyası və demarkasiyası, Zəngəzur dəhlizinin açılması məsələsidir. Bu iki məsələ Brüsselin vasitəçiliyi ilə dəfələrlə masaya yatırılıb və hər dəfəsində də Rusiya buna mane olmağa çalışıb. Bununla Kreml Avropa İttifaqını sülh prosesinə mane olmaqda və təxribat törətməkdə ittiham edərək, yeganə real vasitəçinin Rusiya olduğuna eham vurub. Əgər Moskva bu dediklərini həqiqətən də isbat etmək istəyirsə, o zaman ən azında Zəngəzur dəhlizi və sərhədlərin delimitasiyası məsələsini həll etməlidir. Bunu etməklə o, göstərə bilər ki, iki il ərzində bu danışıqlardan heç olmasa bir dənə real nəticə əldə olundu».
Ekspert qeyd edib ki, Bakını narahat edən digər bir məsələ isə Qarabğda erməni silahlı birləşmələrinin qalmasıdır :
«Çünki sülh bəyanatında açıq şəkildə bildirilir ki, Qarabağda heç bir erməni silahlı dəstəsi qala bilməz. Bununla bağlı dəfələrlə məsələ qaldırılmasına baxmayaraq, erməni hərbi birləşmələri Qarabağda aktiv şəkildə qalmağa davam edir. Ancaq Rusiyanın bu prosesi uzadacağı və Qarabağdakı erməni yaraqlılarını tərk- silah etməyəcəyi gözləniləndir. Görüşdən əvvəl Azərbaycana qarşı media kampaniyası ilə təzyiq edən Moskva, Azərbaycan və Ermənistanın Vaşinqton vasitəsilə anlaşdığını iddia edir. Əslində bununla Paşinyanı erməni maraqlarını satmaqla günahlandırır. Bu görüş, Putinin həm Azərbaycan, həm də Ermənistanın üzərində təzyiq mexanizmi qurması üçün vasitə olacaq".