Kosmosdan qayıdırlar - Astronavtdan rekord

İlk türk astronavtı Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyadakı missiyasını uğurla başa vurub.
Bakupost.az xəbər verir ki, Gezeravcı və 3 astronavtı dünyaya daşıyan Dragon kosmik gəmisi dünən geri dönüş səfərinə başlayıb. “Dragon”un hava şəraitindən asılı olaraq sabah günortadan sonra Florida sahillərinə enməsi planlaşdırılır.
Əlverişsiz hava şəraitinə görə “Axiom-3” komandasının səfəri 18 günlə rekord qırıb. Digər rekord isə təqribən 48 saat çəkəcək dönüş səyahətidir.
Bu səyahət Dragon kosmik gəmisinin bu günə qədər "ən uzun transfer müddəti" olaraq rekord vuracaq. Əslində hava şəraiti eniş üçün uyğun deyilsə, komandanın səfərini bir az da uzatması gündəmdədir.

Florida ştatının şərq sahilinə və ya Meksika körfəzi sahillərinə enişi planlaşdırılan “Dragon”un ekipajı təyyarəyə mindikdən sonra ilkin müayinədən keçəcək və oradan Hyustona aparılacaq.
Alper Gezeravcı və komandası kosmos səyahətinə başlamazdan əvvəl Hyustonda təxminən 6 ay təlim keçib. Gezeravci okeana endikdən sonra yenidən Hyustona gedəcək və kosmos missiyasını tamamlayacaq. Komanda burada hərtərəfli sağlamlıq müayinəsindən keçəcək və bir müddət karantində qalacaq.
“Dragon” ilə dönüş səfərində olan Alper Gezeravcının kosmosda apardığı 13 elmi təcrübədən bəzilərinin videoları Türkiyə Kosmik Agentliyi tərəfindən paylaşılıb.