ABŞ Konqresi Türkiyə ilə F-16 qırıcıları ilə bağlı müqaviləni təsdiqləyib

ABŞ Konqresi Türkiyə ilə 40 yeni F-16 qırıcısının satışı və mövcud F-16 qırıcılarının modernləşdirilməsi ilə bağlı müqaviləni təsdiqləməyə qərar verib.
Bu barədə Amerikanın Ankaradakı səfirliyi özünün X (keçmiş Twitter) səhifəsində məlumat yayıb.

“Bu həftə Konqresin Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş F-16 təyyarəsi almasına razılıq verməsi irəliyə doğru böyük addımdır. Türkiyənin F-16 donanması müttəfiqlər arasında gələcək qarşılıqlı fəaliyyətin təmin edilməsində NATO qüvvələri üçün çox vacibdir” - səfirlik bu barədə diplomatik missiyanın rəhbəri Cefri Fleykin bəyanatına istinadən xəbər verir.