Deputat: Cavabını aldılar, ağır nəticələrini görürlər

Atəş təxribatının ermənilər üçün ciddi təsirləri qaçılmazdır


  "Ermənistanı təxribatlara sövq edən əsas məqam başıboşluq və ərköyünlükdür". 
Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib. Deputat bildirib ki, ermənilər yenə də məsuliyyətsiz davranaraq növbəti təxribatlara rəvac verdilər: 
"Əslində, ermənilər hər dəfə bu məsuliyyətsiz davranışlarının və təxribatların cavabını alır, ağır nəticələrini görürlər. Yenə də görəcəklər. Ermənilərin təxribatı bizə böyük fəsad yaratmayacaq, əksinə, özləri üçün ciddi problemlərə səbəb olacaq. Sülh müqaviləsinin imzalanması, bölgədə sabitliyin yaranması, mövcud problemlərin həlli ilk növbədə ermənilər üçün vacibdir. O baxımdan indiki şəraitdə ermənilərin hər hansı lokal təxribatının Azərbaycana təsirindən söhbət getmir. Ermənilər üçün isə ciddi təsirləri qaçılmazdır. Azərbaycan özü ilə bu cür uyğunsuz davranışları heç vaxt müsbət qarşılaya bilməz".