Fernandu Santuş Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub
Fernandu Santuş Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub
07:43 12.06.2024
İdman
445
AFFA İcraiyyə Komitəsinin onlayn formatda növbəti iclası keçirilib.
APA AFFA-nın saytına istinadən xəbər verir ki, 3 iyun 2024-cü ildə keçirilmiş AFFA İcraiyyə Komitəsinin toplantısında müzakirə edilmiş baş məşqçi məsələsinin davamı olaraq futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi postuna tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşun namizədliyi irəli sürülüb.
Müzakirələr zamanı güclü, rəqabətədavamlı və uğurlu oyun nümayiş etdirən milli komandanın formalaşdırılmasının, eyni zamanda ölkəmizdə uşaq futbolunun inkişafının zəruriliyi qeyd olunub.
Bu xüsusda Fernandu Santuşun dünyanın tanınmış futbol mütəxəssislərindən biri kimi zəngin təcrübəsi, peşəkar fəaliyyəti dövründə qazandığı uğurlar, o cümlədən Portuqaliya yığması ilə Avropa çempionluğu nəzərə alınaraq Azərbaycan milli komandasının baş məşqçisi təyin olunması barədə qərar qəbul edilib.
Prosesin qısa müddətli deyil, müəyyən dövrü əhatə edəcəyi nəzərə alınaraq portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və AVRO 2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm