
“27 sentyabr – Anım Günü yeni mərhələnin başlanğıcıdır”
Yusif Nəzərli
12:57 26.09.2022
Aktual
2688
Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir. Bu günün tarixinə qısaca nəzər salaq. Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşüb, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirib. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub.

BDU-nun Jurnalistika fakültəsinin professoru, tarixçi-alim Nəsiman Yaqublu Anım Günü ilə bağlı “sherg.az”a danışarkən bildirib ki, tariximizi əks etdirən günləri daim yadda saxlamalıyıq:
“Bu bizim milli-mənəvi dəyərlərimizin xilasıdır. 27 sentyabr tarixi yeni mərhələnin başlanğıcıdır. Mən bunu Azərbaycan tarixində baş verən çox ciddi tarixi hadisə kimi dəyərləndirirəm.
Çünki məhz bundan sonra biz otuz illik işğal altında qalan torpaqlarımızı azad etdik. İşğal edilmiş ərazilərimizdə üçrəngli bayraqlarımızı dalğalandırdıq. Bu bir xalq üçün olduqca önəmli və əhəmiyyətlidir.
27 sentyabr tariximizdə hər zaman yaşayacaq . Vətən müharibəsi xalqımızın qalibiyyət ruhunu oyatdı. 44 günlük müharibə nəticəsində əldə edilən şanlı qələbə bizə qələbə irsimizi xatırlatdı.
27 sentyabr başlanğıcı ilə Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrilib və əsrlər boyu yaddaşlara həkk olunacaq. Bu hadisədə böyük fədakarlıq göstərmiş qəhrəmanlarımızı isə hər zaman yad edəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət