28 May-Müstəqillik Günü, 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü olub - YENİLƏNİB

Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul olunub.

APA-nın məlumatına görə, qanun layihəsinə əsasən, mayın 28-i Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib

***

Milli Məclisin iclası başlayıb

Vitse-spiker: “Azərbaycan adını dövlətin adına gətirmək Cümhuriyyət liderlərinin ən böyük addımlarından biridir”
Milli Məclisin növbəti iclasının vaxtı məlum olub

saat 11.43

Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsi üçüncü müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanun layihəsinə əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunacaq.

Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.
Qeyd edək ki, indiyə qədər mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.