Aktual sual: “Rusiyadakı soydaşlarımızın dönüşünə vətən hazırdırmı?!”
Yusif Nəzərli
13:56 27.09.2022
Aktual
573
“Ukraynadakı savaşa, oradakı insan ölümünə biganə yanaşan, hətta işğalı alqışlayan, "Böyük Rusiya", "savaşmağı sevən ruslar" şüarları ilə öyünən rusların bu iddialarının uydurma olduğu üzə çıxdı”
Bunu “Sherg.az”a açıqlamasında AY partiyanın sədri Anar Əsədli Rüsiyadakı səfərbərliyə qarşı baş verən aksiyalara münasibət bildirərkən deyib.
O bildirib ki, Rusiya əhalisinin qismən səfərbərliyə olan reaksiyası, dünyanın xəbər gündəmini zəbt edən proseslərdən biridir:
“Bütün bu olanlara qeyri-rus əhalinin reaksiyası daha qatı rəng qatdı. İllərdi, yaşadıqları ölkədə ikinci sort insan sayılanlar səfərbərlik elan ediləndə ilk yada düşənlər oldu. Ancaq “Böyük Rusiya” ideyasına yad qeyri-ruslar, Putin uğrunda gözüyumlu ölümə getmək istəmirlər. Dünən Dağıstanda atəş səsləri eşidildi. Bu hələlik insan ölümü ilə nəticələnmir. Amma faciəvi sonluqlu iğtişaşlar uzaqda deyil. İllərdi, boş “Rusiyasevərlik” təbliği edən Putin maşını, səfərbərliyə olan reaksiyadan çaşıb qaldı. Avropanı “geyropa” adlandıran və onların döyüşmək qabiliyyətini itirdiklərini iddia edən putinizm, rusların da bu məsələdə avropalılardan çox uzağa getmədiyinin şahidi oldu. Bu hələ səfərbərliyin ilk günü idi. Müharibədən 18 yaşlı gənclərin ölüm xəbəri gəldikcə, iğtişaşların böyüməsi də an məsələsi olacaq. Çökən iqtisadiyyat, əsgər ölümü, izolyasiya, sanksiyalar və s. Putinin ölkəsinə Ukraynada 3 günlük zəfərin əvəzinə verdiyi töhfə oldu”.
Təşkilat sədri diqqətə çatdırıb ki, savaşın sonu nə olursa, olsun, əsas məsələ odur ki, Putin bir siyasi lider kimi uduzdu:
“O "Savaşçı rus ordusu" mifini həm dünyanın, həm də Rusiya Federasiyası xalqlarının gözündə öz əli ilə dağıtdı. Buna görə də tarixə ağılsız siyasətçi kimi düşəcək. Digər tərəfdən savaş hər zaman qandır və arzuolunan deyil. Lakin məcburən işğalçıya qarşı başlanan müharibə istənilən xalqı yumruq kimi birləşdirir. 44 günlük döyüşlər zamanı biz də bunu yaşadıq. Ukrayna xalqı da hazırda bu şərəfli savaşı aparır. Ədalətsiz və ideoloji yanı olmayan savaşlar, həmin ölkələrdə inqilablarla nəticələnir. Birinci Dünya savaşı zamanı baş vermiş böyük inqilabların səbəblərini öyrənmədən, Üçüncü Dünya müharibəsi başlatmaq istəyən Putin yaxşı düşünməli idi. Amma olsun, bizə elə bu düşüncəsizlik lazımdır”.
Partiya rəhbəri qey edib ki, hər bir azərbaycanlını düşündürən bu çaxnaşmaların içində yaşayan Rusiyadakı həmvətənlərimizin taleyidir:
“Rusiya vətəndaşlığı olmayan soydaşlarımızın taleyi məlumdur. Onlar səfərbərliyə cəlb edilməyəcəklər. Lakin bir çoxu artıq illərdir ki, Rusiya vətəndaşıdır. İndi bu soydaşlarımızın taleyi haqqında düşünməliyik. Rəsmi Bakı bununla bağlı hansı addımı ata bilər və ya hüquqi imkanlarımız nədir? Təbii ki, Azərbaycan Respublikası bütün dünyadakı soydaşlarımızın hüququnun müdafiəçisidir. Yəni, hər hansı hüquq pozuntusundan söhbət gedirsə, dövlət məsələyə qarışa bilər.
Amma bu situasiyada hansısa hüquq pozuntusundan söhbət getmir. Rəsmən Rusiya vətəndaşı olan soydaşlarımızın hər biri, rusiyalı kimi səfərbərliyə cəlb olunacaq. Belə vəziyyətdə diaspor müəyyən işlər görə bilər. Xəstə valideyni, azyaşlı uşağı olanların səfərbərlikdən yayınmasına yardım mümkündür . Bu soydaşlarımızın vətənə dönüşünü təmin etmək gərəkir. Amma bunun üçün real iş aparılmalıdır. İllərdir, Rusiya bazarlarından dolanan soydaşlarımızın geri dönüşünə vətən hazırdımı?
Bax bu, artıq yeni problemdir: həlli düşünülməli olan, ancaq həll edilməyən problem. Bu məsələyə biz pandemiya dövründə də toxunduq. Lakin məsələ açıq qaldı. Amma indi əsas məsələ Azərbaycan insanının putinizmin kütləvi "qətliamından" qurtarmaqdır. Bunun üçün də siyasi partiyalar, QHT-lər, diaspor təşkilatları birgə müzakirələr aparmalıdır. Əgər bir yerdə edə bilmirlərsə tək-tək də olsa məsələni gündəmə gətirib, siyasi hakimiyyəti lazımı addımlar atmağa çağırmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət