
Analitik: Azərbaycanla Bolqarıstan arasında yüksək münasibətlər mövcuddur
13:23 08.05.2024
Aktual
599
Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevi COP29-da iştirak etməyə dəvət edib.
Bu barədə Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü zamanı deyib.
“Mən cənab Prezidenti COP29-da iştirak etməyə dəvət etdim və onu noyabrda yenidən görməyə şad olaram”, - dövlət başçısı bildirib.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən politoloq Turan Rzayev qeyd edib ki, Azərbaycanla Bolqarıstan arasında yüksək münasibətlər mövcuddur:

“Xüsusilə də iqtisadi, siyasi və hərbi sahədə əməkdaşlıqlar var. İqtisadi yöndə əlaqələrimiz enerji sahəsində daha çox büruzə verir. Azərbaycan Qara dənizin altıyla Avropaya nəql edəcəyi yaşıl enerjinin bir qolunu Bolqarıstan üzərindən aparmağı düşünür. Bolqarıstan da mavi qaz təlabatın böyük qismini Azərbaycandan ödəyir. Azərbaycanın Avropa bazarına çıxardığı qazın bir hissəsinin Bolqarıstan üzərindən Rumuniya, Macarıstan və Serbiyaya keçməsini hədəfləyir. Eyni zamanda, siyasi sahədə Bolqarıstanla mühüm əlaqələr var. Bolqarıstan Azərbaycanla bir çox təşkilatda birlikdədir və bizim maraqlarımızı hər zaman müdafiə edib. Qarabağ münaqişəsinin həlli məsələsində də Azərbaycana dəstəyini dilə gətirib. Cənab Prezident İlham Əliyev isə münasibətlərin bu qədər yaxşı olması kontekstində Bolqarıstan Prezidenti Rumen Radevi COP29-da iştirak etmək üçün Bakıya dəvət etdi. Fransa və digər ölkələrin Ermənistana silah yardımının keçdiyi traektoriyalardan biri də Bolqarıstandır. Amma Bolqarıstan Azərbaycana təhlükə yaradacaq silahların Ermənistana keçməsinə icazə vermir. Bolqarıstanın iqtisadiyatı Avropa miqyasında güclü olmasa da, Qarabağın dirçəlişi üçün investisiya ayıracaq ölkələrdəndir. Təbii olaraq Azərbaycan da Bolqarıstana investisiya yatıra bilər. Qarabağın dirçəlişi və iki dövlət arasında mövcud enerji layihələrinin inkişafı üçün ölkələrimizin münasibətlərinin bundan sonra da davam etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya