Aşbaxyan erməniləri mətnə salaraq tayfa şüurunu bir daha göstərib - Politoloq
Yusif Nəzərli
09:52 06.01.2024
Aktual
590
Qərbdəki bəzi dairələrin məqsədi klerikal - dini silahlı qrupları yaratmaq və siyasi sistemdə onların çəkisini artırmaqdır
"Daniella Aşbaxyan Livanın ABŞ-dakı səfirliyində işləyə-işləyə Azərbaycanla bağlı tamamilə qərəz, şər, böhtan xarakterli hesabat hazırlayır".
Bu barədə "Sherg.az"a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
Ekspert bildirib ki, Aşbaxyan erməniləri mətnə salaraq tayfa şüurunu bir daha göstərib:
"Azərbaycan milyondan çox qaçqın və məcburi köçkünlərlə bağlı susqunluq nümayiş etdirən heç bir sənədi ciddi və diqqət ediləsi hesab etmir. Qarabağdakı ermənilər, Qarabağdakı azərbaycanlılar və Qərbi azərbaycanlılar mövzusunda ədalətlilik qorunmalıdır. Yeri gəlmişkən, dini azadlıqlar altında Yaxın Şərqdə və əksər müsəlman ölkələrində baş verənlər bir daha göstərir ki, Qərbdəki bəzi dairələrin məqsədi klerikal - dini silahlı qrupları yaratmaq və siyasi sistemdə onların çəkisini artırmaqdır. Livanda, Suriyada, İraqda, Yəməndə, Misirdə, Liviyada, Əfqanıstanda və sair ölkələrdə baş verənlər buna bir misaldır. Qərbdə yaxşı başa düşürlər ki, islam dünyasında daxili siyasətdə dini çağırışlarla hakimiyyət çevrilişləri etmək və ya siyasi hakimiyyətə təsir etmək daha asanddır".
Analitik qeyd edib ki, Azərbaycanda dini azadlıqlar qorunur, hər kəs sərbəstdir:
"Bunu uşaqdan - böyüyə kimi hər kəs bilir. Ancaq, əgər kimsə din pərdəsi altında İranın, Səudiyyə Ərəbistanının və sair ölkələrin buradakı agentinə çevrilirsə, təbii ki, onlara qarşı tədbirlər görülür. İndi nədir DD - ni narahat edən? Çünki son illərin statistikasında müəyyən ölkələrə məxsus cəsus şəbəkəsinin ifşası baş tutmuşdur. Məgər ABŞ həmin ölkə ilə "düşmən" deyil? Məgər həmin dövlətdə dini hakimiyyətin dünyavi hakimiyyətlə əvəzlənməsi üçün bir neçə il əvvəl iğtişaşlar yaradılmamışdı Hesabatda Azərbaycan, həm də, siyasi məhbuslar məsələsinə görə günahlandırılır. Əgər söhbət real siyasi məhbus siyahısından gedirsə, o zaman niyə Paşinyanın həbs etdiyi generalların və siyasi partiya fəallarının taleyi mövzusuna toxunulmur? Və ya niyə körfəz monarxiyaları ilə bağlı susulur? Siyahını uzatmaq asanddır".
Z.Məmmədov bəyan edib ki, Azərbaycan istər media, istər QHT, istər dini- siyasi sahədə xarici agentlərin ifşasını necə indiyə qədər davam etdirib, bundan sonra da davam etdirəcək və heç bir siyahı bu qərarlara təsir etməyəcək:
"Azərbaycan hakimiyyətinin torpaqları işğaldan azad etməsi və imperiya qurmaq iddiasında olan regional aktorlara duruş gətirməsinin səbəblərindən biri də ideoloji siyasətin düzgün qurulması və aparılmasıdır. Bu, dövlətin sütunudur və sütuna xəsər yetirməyə imkan verilməyəcək, əks təqdirdə, sərhədlərimiz, varlığımız zərbə altında qalar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət