
Aydın Sezer: Öcalanın bu çağırışından sonra PKK Türkiyədə hərbi-silahlı aksiya keçirməyəcək
09:03 09.07.2025
Aktual
477
Bu gün PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan növbəti dəfə tərəfdarlarına “silahı yerə qoyun” çağırışı edib.
İmralıdan videobağlantı vasitəsilə PKK üzvlərinə müraciət edən Öcalan onları dərhal tərksilah prosesinə başlamağa çağırıb.
“Mən silahın gücünə deyil, siyasətin gücünə inanıram. Sizi bu prinsipə əməl etməyə çağırıram”, - PKK lideri açıqlamasında deyib.
Öcalan qeyd edib ki, Kürdüstan Fəhlə Partiyası (PKK) milli dövlət yaratmaq məqsədindən əl çəkərək, əsas hərbi strategiyasından da imtina edib və mövcudluğunu bitirib.
Əvvəlki çağırışlar və danışıqlar prosesi
Qeyd edək ki, bundan əvvəl də PKK lideri tərəfdarlarına “silahı yerə qoyun” çağırışı edib. DEM Partiyasının rəhbərliyi İmralı adasında Öcalanla danışıqlar aparır. Türkiyə Prezidenti də DEM Partiya heyətini bir neçə dəfə qəbul edib.
Abdullah Öcalanın həbs tarixi
Xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.
Türk siyasətçi və yazar Aydın Sezer "Sherg.az"a bildirib ki, Abdullah Öcalanın bu fikirləri onun təşkilat üzərindəki təsirini artıracaq və təşkilat tərəfindən ciddi qəbul olunmasını təmin edəcək:

"Bu məsələdə artıq əmin olacaqlar, yəni heç bir şübhə qalmayacaq. Həmçinin Abdullah Öcalanın bu çağırışından sonra PKK artıq Türkiyədə hərbi-silahlı aksiya keçirməyəcək.
Suriyada da artıq Suriya Demokratik Gücləri (SDG) ilə Cölani arasında bir anlaşma imzalanmışdı. Bu baxımdan, həmin çağırışın Suriyada da əks-səda doğuracağını söyləyə bilərik. Bu, Türkiyədə sülhün təmin olunması baxımından mühüm bir mərhələ, əhəmiyyətli bir addımdır. Lakin bildiyiniz kimi, PKK təşkilatı daxilində müxtəlif ölkələrin kəşfiyyat orqanlarının təsiri və müdaxiləsi mövcuddur. Bu səbəbdən, bundan sonra baş verə biləcək hadisələrdə həmin kəşfiyyat qurumlarının mümkün fəaliyyətlərini də nəzərə almaq vacibdir".
Siyasətçi vurğulayıb ki, ümumilikdə 40 ildən artıq davam edən terror prosesinin sona çatması, həm Türkiyə, həm də region üçün çox böyük əhəmiyyət kəsb edir:
"Bu sülh mühitini pozmaq istəyən, təşkilat daxilindəki xarici dövlətlərin uzantıları və ya xarici kəşfiyyat orqanlarının fəaliyyətlərinə qarşı da diqqətli olmaq lazımdır. Bu mərhələdən sonra PKK-nın bu cür fəaliyyətləri dayandıracağını artıq açıq şəkildə söyləyə bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm