Azərbaycan İsrail və Fələstinlə əlaqələri möhkəmləndirir - Qərar təqdir edildi!
Yusif Nəzərli
13:32 18.11.2022
Aktual
500
Azərbaycan İsraildə səfirlik, Fələstində isə diplomatik nümayəndəlik açır.
Bununla bağlı məsələ parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Parlamentarilər “Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” və “Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” qanun layihəsini müzakirə ediblər və sənəd birinci oxunuşdan qəbul olunub.
Məsələninin siyasi əhəmiyyətini “Sherg.az”a şərh edən Yaxın Şərq ölkələri üzrə ekspert, əməkdar jurnalist Vüqar Zifəroğlu bildirib ki, ölkəmizin İsrail və Fələstinlə əlaqələri möhkəmləndirmək üçün atdığı addımlar çox vacib və təqdirəlayiqdir:
“Azərbaycan İslam həmrəyliyinə öz töhfələrini vermiş və verməkdə olan bir ölkədir. Bu mənada Fələstində nümayəndəliyimizin açılması gözlənilən idi. Nəzərə almalıyıq ki, bundan öncə də Azərbaycan İslam ölkələri ilə bağlı bir sıra tədbirlərə ev sahibliyi edib və İslam ölkələri ilə ikitərəfli və çoxtərəfli münasibətlərə malikdir. Fələstin də İslam dünyasının ayrılmaz hissəsi olduğu üçün orada nümayəndəliyimizin açılması xoş haldır”.
İsraildə səfirliyimizin açılmasına gəlincə, V.Zifəroğlu diqqətə çatdırıb ki, rəsmi Təl-Əvivlə rəsmi Bakı arasındakı əlaqələr çoxşaxəli və çoxvektorludur:
“Azərbaycanla İsrail hər zaman biri-birinə yaxın ölkələr olublar. Bizim Xəzər Xaqanlığı kimi ortaq tarixi dəyərimiz var. Üstəlik, İsraillə Azərbaycanın münasibətləri hər zaman yaxın və strateji tərəfdaş münasibətləri olub.
Bu mənada da İsraildə səfirliyimizin açılması həm arzuolunan, həm də müsbət bir hadisədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi