Azərbaycanda bütün dinlərə etiqad azadlığı üçün hər bir şərait yaradılıb- Ravvin Şmuel Simantov
Yusif Nəzərli
08:45 06.01.2024
Aktual
607
Azərbaycanda bütün dinlərə sərbəst etiqad etmək üçün hər bir şərait yaradılıb.
Bu barədə Trend-ə Təl-Əvivdəki Dağ Yəhudiləri Sinaqoqunun baş ravvini Şmuel Simantov ABŞ dövlət katibi Antoni Blinkenin bir sıra ölkələrin, o cümlədən Azərbaycanın dini etiqad azadlığı ilə əlaqədar olaraq, "xüsusi müşahidə siyahısı"na daxil edilməsi barədə bəyanatını şərh edərkən deyib.
"Mən Bakıda doğulmuşam. İki il əvvəl Azərbaycandakı fəaliyyətim başa çatıb və hazırda İsraildəyəm. Azərbaycanda Oğuz rayonunda, Bakıdakı Gürcüstan yəhudilərinin sinaqoqunda ravvin və 46 nömrəli məktəbin yəhudi bölməsində direktor kimi fəaliyyət göstərmişəm. Mən dindar insanam və Azərbaycanda bu sahədə heç vaxt problemlə üzləşməmişəm. Xarici təsir cəhdlərinə baxmayaraq, Azərbaycanda təkcə iudaizmə deyil, bütün dinlərə etiqad azadlığı üçün hər bir şərait yaradılıb. Biz daima Azərbaycanda bütün dini bayramlarımızı heç bir maneə olmadan, tam şəkildə qeyd edir, küçələrdə əllərimizdə Tövratla sərbəst gəzirdik", - deyə ravvin qeyd edib.
O, Azərbaycanda hər il sinaqoq, kilsə və məscidlər üçün vəsaitin ayrıldığını vurğulayıb.
"Oğuzda 2, Qubada 5, Bakıda isə 3 sinaqoq fəaliyyət göstərir. Onların hamısına vəsait ayrılır. Bundan əlavə, dövlət tərəfindən onların təhlükəsizliyi təmin olunur", - deyə ravvin əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət