Halbuki, Vladimir Jirinovski bir neçə dəfə Türkiyədə və Azərbaycanda olub. Jirinovski bir neçə il əvvəl Bakıda Prezident İlham Əliyevlə görüşmüşdü. Görünür, bu görüşü təşkil edənlər Vladimir Jirinovskinin Azərbaycana münasibətinin müsbətə doğru dəyişəcəyini gözləyirdilər. Anti-türk münasibəti dəyişmədi, qozbeli qəbir düzəldər. Kreml rəsmi Bakının siyasətindən narazıdır və Jirinovski növbəti təxribatçı açıqlamasıyla Rusiya hakimiyyətinin sifarişini yerinə yetirib. Rəsmi Bakı Qarabağdakı rusiyalı hərbçilərin 5 illik varlığını “müvəqqəti” sözüylə ifadə edir. Bu o deməkdir, 4 ildən sonra (5 illik müddətin 1 ili artıq arxada qalmaq üzrədir) rusiyalı hərbçilərin Qarabağı tərk etməsi aktuallaşacaq. İndinin özündə bu fəaliyyət Azərbaycanda ciddi narahatlıq yaradır. Birincisi, rusiyalı hərbçilər Qarabağdakı erməni separatçılarını tərksilah etmir və onlarla müxtəlif istiqamətlərdə əməkdaşlıqlarını davam etdirirlər. İkincisi, rusiyalı hərbçilər Qarabağa daha çox erməninin qayıdışını təmin etmək məqsədilə orada yaşayış yerləri və iaşə obyektləri tikirlər, Rusiyadan ev heyvanları gətirirlər və s.”
Bakı Moskva münasibətləri kəskinləşəcək