Bakı-Tbilisi-Bakı reysinin bərpası üzrə hazırlıq işləri aparılır

Hazırda Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reysinin bərpası ilə əlaqədar texniki və təşkilati məsələlər üzrə işlər aparılır.

Bu barədə Teleqraf-a ADY-dən məlumat verilib.

Məlumata görə, bilet satışının başlanması ilə bağlı yaxın saatlarda ictimaiyyətə əlavə məlumat təqdim olunacaq.