Bakıda 10-a yaxın evdən oğurluq edənlər tutuldu: Biri qadındır
11:54 05.11.2019
Aktual
475
Xəzər rayonu, Binə qəsəbəsində yaşayan paytaxt sakini Rauf Abdullayev 3-cü Polis Bölməsinə müraciət edərək evdə olmadığı müddətdə mənzilindən televizor, elektrik avadanlıqları və digər məişət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bölmədə zərərçəkənin ifadəsi alınan zaman ona ümumilikdə 1202 manat maddi ziyanın dəydiyi məlum olub.
Xəzər rayon Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amid Əliyev və Yevlax rayon sakini Tehran Məmmədova saxlanılaraq istintaqa təqdim ediliblər. Araşdırma zamanı hər iki şəxsin Binə qəsəbəsində ümumilikdə 10-a yaxın fərdi yaşayış evindən oğurluq etdikləri məlum olub. Onların yaşadıqları evə baxış zamanı oğurladıqları məişət əşyalarının bir qismi aşkar edilərək maddi sübut kimi götürülüb.
A.Əliyev və T.Məmmədova barəsində Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa onlardan aidiyyatı üzrə Xəzər rayon Polis İdarəsi və ya 3-cü Polis Bölməsinə müraciət etmələri xahiş olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət