
Bakının yardım əli: Azərbaycan xarici vətəndaşların təxliyyəsində humanitar körpü rolunu oynadı
13:12 17.06.2025
Aktual
394
Son günlərdə İsrail-İran münasibətlərində artan gərginlik bölgədə vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb olub. Münaqişənin mümkün genişlənməsi ehtimalı, xüsusilə İranda yaşayan xarici ölkə vətəndaşlarının təhlükəsizliyini sual altına salıb. Belə bir kritik məqamda Azərbaycan regionda mühüm humanitar rola çıxış edərək, İranda yaşayan xarici vətəndaşların ölkədən çıxışına şərait yaradıb. Məlumata görə, bir sıra ölkələrin vətəndaşları, xüsusilə də həmin ölkələrin diplomatik nümayəndəliklərində çalışan şəxslər, Azərbaycanın ərazisindən istifadə edərək təhlükəsiz şəkildə İrandan çıxış ediblər. Bu proses Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunub və humanist yanaşma ilə həyata keçirilib. Ölkəmizin belə həssas situasiyada təşəbbüs göstərərək logistik dəhliz funksiyasını yerinə yetirməsi beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilib. Azərbaycanın bu addımı həm regionda sülh və sabitliyin qorunmasına verdiyi töhfənin, həm də beynəlxalq humanitar prinsiplərə sadiqliyinin göstəricisidir. Xarici vətəndaşların mediaya verdikləri açıqlamalarda, eləcə də müvafiq ölkə rəsmilərinin Azərbaycan hökumətinə ünvanladığı təşəkkürlər bu dəstəyin nə qədər dəyərli olduğunu bir daha sübut edir.
Millət vəkili Naqif Həmzəyev Sherg.az-a söyləyib ki, İranda hazırda olduqca çətin bir vəziyyət yaşanır:

“İsrail-İran qarşıdurması günbəgün daha da gərginləşir. Belə bir şəraitdə İranda yaşayan xarici ölkə vətəndaşlarının, xüsusilə həmin ölkədə diplomatik fəaliyyət göstərən şəxslərin məhz Azərbaycan vasitəsilə öz ölkələrinə getmələrinə şərait yaradılması və dəstək göstərilməsi humanist addım kimi alqışlanmalıdır. Məncə, bu təqdirəlayiq bir nümunədir. Həmin şəraitdən istifadə edərək ölkələrinə qayıdan xarici vətəndaşların verdikləri müsahibələrdə Azərbaycana təşəkkür etmələri, eləcə də sonradan həmin ölkələrin rəsmi nümayəndələri və aidiyyəti qurumları tərəfindən səsləndirilən təşəkkür dolu açıqlamalar bizi məmnun edir və qürurlandırır. Ümid edirik ki, qonşuluğumuzda baş verən bu münaqişə tezliklə sona çatacaq və Azərbaycanın sərhədləri boyunca yerləşən ərazilərdə həmişə sülh və əmin-amanlıq hökm sürəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual