Basarkeçərdə yanğın! – “Ermənilər ekoloji terroru davam etdirirlər”
Fidan Həmişəyeva
10:52 01.09.2021
Aktual
690
Ermənilər öz vandallıqlarını təsdiqləməkdə davam edirlər. “Sherg.az” oxu.az-a istinadən xəbər verir ki, onlar bu dəfə Basarkeçər rayonunun Qarasu və Zərkənd kəndlərində yanğınlar törədiblər. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Ermənilərin növbəti ekoloji terroru barədə “Sherg.az”a danışan ehtiyatda olan polkovnik -leytenant, hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, emənilərin bu vandallıqlarında təəccüblü heç nə yoxdur:
“Bu gün Ermənistanın etdikləri normal məntiqə sığmır. Onlar beynəlxalq hüquq və normaları heç vaxt tanımayıblar. Buna baxmayaraq, dünyanın aparıcı dövlətləri-Amerika, Fransa, Rusiya həmişə Ermənistana xüsusi rəğbət göstərib, maliyyə yardımları ayırıb.
Ölkə başçısı da həmişə qeyd edib ki, ermənilər 30 il ərzində işğalda olan ərazilərimizdə daşı-daş üstündə qoymayıblar.
Növbəti dəfə isə Basarkeçərdə yanğınlar törədərək ekoloji terrorlarını davam etdirirlər. Beynəlxalq qurumlarda olan bəzi şəxslər sadəcə fiqurdurlar, onlar nəyi həll ediblər ki?
Yalandan baş verənlərlə bağlı narahat olduqlarını deməklə günlərini keçirirlər. Bu yaxınlarda BMT-nin yeni Baş katibini təyin etdilər. O, ən məsuliyyətsiz bir şəxsdir. Əfqanıstanın altı üstünə çevrilib, amma yeni BMT baş katibi guya narahat olduğunu bildirir. Heç nəyə görə məsuliyyət daşımırlar”.
Ü.Cəfərovun sözlərinə görə, Ermənistan görür ki, dünyada beynəlxalq hüquq işləmir, kimsə qanunları vecinə almır, Azərbaycan özü deyib, özü eşidir. Ona görə də belə vəhşiliklərindən əl çəkmirlər:
“Dünən Ermənistanın yeni XİN başçısı rusiyalı həmkarı ilə görüşdü. Dərhal bu görüşün əks-sədası sərhədlərimizdə və yaxud qoşunların təmas xəttində özünü büruzə verdi.
Ona görə də yanğınlar və digər ekoloji terrorların hamısı erməni lobbilərinin onlara verdiyi təlimat əsasında həyata keçirilir.
Bütün bunlara təəccüblənmək yerinə, başımızı aşağı salıb işimizi ciddi görməliyik. Kiməsə arxalanmalı deyilik, tək güvəndiyimiz Azərbaycan dövləti, xalqı və hökumətidir.
Kimsə gəlib erməniləri ağıllandıran deyil. 44 günlük Vətən savaşı da onu sübut etdi ki, yeganə güc Azərbaycan xalqının qətiyyəti və ortaya qoyduğu əzmkarlıqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm