Biabır olacaqlarını bilib, geri çəkildilər: Xalq radikalları dəstəkləmir
14:33 01.11.2019
Aktual
513
"Milli Şura" noyabrın ikisinə təyin etdiyi qanunsuz aksiya qararından geri çəkilib. Bu, onun göstəricisidir ki, radikal müxalifət qüvvələri xalqın onları dəstəkləmədiyini, vətəndaşların qarşıdurmada maraqlı olmadığını dərk edib.
Ekspertlər qeyd edirlər ki, "Milli Şura" şəhərin mərkəzində asayişi pozmaq naminə aksiya keçirməkdə ona görə maraqlı idi ki, ətrafda istirahət edən insanları da tərəfdarları kimi təqdim etsinlər. Qanunla mitinqə icazə verilən əraziyə getmək istəməmələrinin səbəbi, tərəfdarlarının olmadığını bilmələridir.
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev də bu fikirdədir. O, Sherg.az-a deyib ki, oktyabrın 19-da “Milli Şura” tərəfindən keçirilən icazəsiz aksiya cəhdi göstərdi ki, radikal müxalifət heç bir sosial bazaya malik deyil:
"Bu gün mitinq mövzusunun aktual olmadığını onlar özləri də yaxşı bilirlər. Azərbaycan xalqı iqtidara inanır. Xalqımız hər hansı problemlərin həllində dövlətimizin, ölkə başçısının atdığı addımları dəstəkləyir. Radikal müxalifətin niyyəti təxribat törətmək idi. Bu gün ölkəmizdə həyata keçirilən və bütün sahələri əhatə edən islahatlar, proseslər vətəndaşların sosial müdafiəsinə, rifahına müsbət mənada təsir göstərirsə, mühüm addımlar atılırsa, dəyişikliklər edilirsə o zaman radikal müxalifətə xalqın inanmaması təbiidir. Bu gün müxalifətin şəhərin mərkəzində aksiya keçirməsinə nə zərurət, nə də sosial sifariş var. Noyabrın 2-də mitinq keçirmək istəyirdilər. Hər zaman olduğu kimi onlar bu dəfə də mitinqdən qabaq sosial şəbəkələrdə eksperiment apararaq aksiya istəyinin cəmiyyətdə necə qarşılanması təcrübəsindən istifadə etdilər. Onlar bununla bir daha əmin oldular ki, cəmiyyət mitinq fikirlərini dəstəkləmir. Müxalifətə mitinq keçirməklə bağlı rəsmi icazə verilsə də, onlar ayrılan ərazini doldurmaq gücünə malik deyillər. Bu baxımdan da “Milli Şura” şəhərin mərkəzlərinə can ataraq sadə insanları öz aksiyalarına qatmaq, say artırmaq məqsədi güdürdü. Amma göründüyü kimi onların bu cəhdi də alınmadı. Xalqın özündən mitinq çağırışı edənlərə qarşı böyük narazılıq, təpki görərək noyabrın 2-nə təyin olunmuş qanunsuz aksiyanı arxa plana keçirdilər. Çünki, bu aksiya onların olmayan nüfuzuna zərər gətirəcək və onların tam şəkildə cəmiyyətdən təcrid olunmasına gətirib çıxaracaqdı”.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya