
Bir sıra şəxslər rəsmi İrəvanı savaşa təhrik edir -AÇIQLAMA
12:28 02.04.2024
Aktual
543
“Mümkün müharibədən qorxmamalı və dövlətin müdafiəsi ilə məşğul olmalıyıq”.
Ermənistan Respublika Partiyasının İcraiyyə orqanının nümayəndəsi Eduard Şarmazanov deyib.
O bildirib ki, ermənilər müharibədən yox, dinc yolla azərbaycanlaşmaqdan qorxmalıdır.
“Müharibələr dünyada tez-tez baş verən qaçılmaz proseslərdir. Üstəlik, müharibələrə hazır olmayan xalqlar inkişafını dayandırır və təsirsiz olurlar. Ən güclü dövlətlər belə müharibələrdən sığortalanmayıb. Ona görə də ola biləcək müharibədən qorxmamalı, əksinə dövlətin müdafiə qabiliyyətini yüksəltməliyik. Bütün dünya müharibəyə, Nikol isə sülh yolu ilə təslim olmağa hazırlaşır. Nikol sülh gətirməyəcək. O, sonsuzadək təslim olacaq, yeni fəlakətlər və məğlubiyyətlər gətirəcək”, – deyə Şarmazanov vurğulayıb.
Eduard Şarmazanovun fikirlərini şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentində sektor müdiri, politoloq İlyas Hüseynov “Sherg.az”a bildirib ki, Azərbaycan, Ermənistan arasında sülhün, sabitliyin və təhlükəsizliyin hökm sürməsi üçün qeyri-müharibə metodları olduğu halda bir sıra şəxslər rəsmi İrəvanı savaşa təhrik edir:
“Sanki regionda gərginliyin yaradılması onların xeyrinə işləyən amildir və bununla hansısa nailiyyət əldə edəcəklər. Həmin şəxslər İkinci Qarabağ müharibəsindən nəticə çıxarmayıblar. Lokal xaraxterli antiterror əməliyyatları tədbirlərinin tarixi elə də uzaq deyil. Ötən ilin sentyabrında Azərbaycan ordusu bir sutka ərzində öz gücünü döyüş meydanında məharətlə göstərdi. Ermənistan Respubilikası Partiyasının İcraiyyə komitəsinin nümayəndəsi Eduard Şarmazanovun bu fikirləri Ermənistan dövlətini daha ağır və fəlakətli vəziyyətlə üz-üzə qoymağa hesablanıb. Heç bir siyasətçi müharibəyə dair çağırışlar etməz. Əgər müharibə çağırışı qəsdən Ermənistan dövlətinin məğlub olmasına hesablanıbsa, şübhəsiz ki, bunu xarici qüvəllər danışdırıb. Ona görə də belə aqressiv, radikal düşüncəli və revanşist iddialı şəxslər heç nəyə nail ola bilməyəcəklər”.

Ekspert vurğulayıb ki, Azərbaycan sülh yolu ilə bütün məsələlərin həllinin tərafdarıdır:
“Əgər bizə qarşı hərbi, siyasi təxribatlar olarsa, Azərbaycan buna susmayacaq və qətiyyətli cavab verəcək. Həmin təxribatlar baş verərsə, onun bütün məsuliyyəti Ermənistanın siyasi rəhbərliyində olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski cəbhə bölgəsinə səfər edib
17:00 26.08.2026
Dünya
İran və Oman Hörmüz boğazından əldə edilən gəlirləri bölüşdürəcək
16:30 26.08.2026
Dünya
Dünya musiqisinin əfsanəsi Dolly Parton 80 yaşında vəfat edib
16:29 26.08.2026
Mədəniyyət
Nəsib Nəsibli: Netanyahunun bu sözündə həqiqət payı var
15:51 26.08.2026
Aktual
Astanada Qazaxıstan-Çin Süni İntellekt Məktəbi açılacaq
15:30 26.08.2026
Texnologiya
Ucarda zibil poliqonu yanır - FOTO
15:22 26.08.2026
Hadisə
Netanyahu: “Oğullarımdan birini öldürmək istədilər”
15:20 26.08.2026
Dünya
Ərdoğan : “Heç kimə boyun əymərik”
15:03 26.08.2026
Gündəm
İrəvan: Verilmiş vaxt bitdi, KTMT-dən çıxa bilərik
15:00 26.08.2026
Siyasət
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır
14:57 26.08.2026
Elm və Təhsil
Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
14:56 26.08.2026
Mədəniyyət
Peskov: Donbas bizimdir
14:35 26.08.2026
Dünya
Rusiya XİN-dən Paşinyana cavab: Bu, şantajdır
14:34 26.08.2026
Dünya
Paşinyan özünə görə Köçəryanı zərərsizləşdirir - Hüquqşünas
14:19 26.08.2026
Gündəm
Həkimlər Köçəryanın məhkəməyə aparılmasına icazə vermədi
13:57 26.08.2026
Region