“Biz artıq məğrur bir millət kimi yaşayırıq”
“Biz artıq məğrur bir millət kimi yaşayırıq”
Yusif Nəzərli
13:44 27.09.2022
Aktual
548
İki il öncə- 2020-ci ilin 27 sentyabrından başlayaraq müzəffər ordumuz anti-terror əməliyyatlarına başladı. 44 gün davam edən Vətən savaşında igid oğullarımız illərdir, düşmən tapdağı altında inləyən torpaqlarımızı azad etdilər. Əlbəttə, qələbə quru söz və ifadələrlə deyil, qanla yazılır. Qəhrəman əsgər və zabitlərimiz Vətənin bütünlüyü, bütövlüyü uğrunda can verdilər, qan tökdülər, can aldılar. Onlar öz qanları ilə Azərbaycan tarixinin ən böyük zəfər salnaməsinə imza atdılar. Beləliklə, dövlət başçısının sərəncamı ilə hər il bu tarix -27 sentyabr ölkəmizdə “Anım Günü” kimi qeyd edilir.
Tarixçi-alim Boran Əziz “Anım Günü”nün əhəmiyyətindən "Sherg.az"a danışarkən bildirib ki, 44 günlük savaşda şəhid olan vətəndaşlarımızın yad edilməsinin çox böyük siyasi, tərbiyəvi önəmi var:
"Əvvəllər alçaldılmış, təhqir edilmiş sindromu ilə yaşayırdıq. Bu natamamlıq kompleksi bütün insanlarımızı narahat edən bir vəziyyət idi. Biz artıq özümüzü əvvəlkindən fərqli olaraq qürurlu, məğrur, mənliyi bərpa olunmuş bir millət kimi yaşayırıq. Bizə bu hissi yaşadan şəhidlərimizi mütləq xatırlayıb, onların ruhlarına fatihələr deyirik. 27 sentyabr 44 günlük vətən müharibəsində böyük əziyyəti olmuş və qələbəmizin təmin olunmasında iştirak etmiş qazilərimizin də yada salındığı bir gündür.
Xalq müharibədə qələbəni təmin etmək üçün bütün əziyyətlərə dözdü. Övladının vətəni qoruyarkən şəhid olmasını da alnıaçıq qəbul edir. Bizim qələbəmizin qazanılması də minlərlə can tələb etdi. Xalq və dövlət arasında yaranmış birlik bu canların əbədi yaşamasına vəsilə oldu. Əsgərlərimizi qələbəyə səslədi.
Azərbaycanın haqq işində öz torpaqlarından yadelli işğalçıları qovması üçün böyük təbliğat işləri apardı. Müzəffər Ali Baş Komandan həm də bu işi yerinə yetirməli oldu.
Biz 27 sentyabr şəhidlərini anarkən , 44 günlük İkinci Qarabağ savaşında qələbəmizin təmin olunmasında ilk gündən yanımızda olduğunu bəyan edən Türkiyəni, Pakistanı, İsraili və digər ölkələri də minnətdarlıqla yada salırıq. Belə bir əhəmiyyətli gündə şəhidlərimizin ailələrinə, yaxınlarına başsağlığı verir və əziz xalqımıza səbir diləyirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət