BMT baş katibinin xüsusi nümayəndəsi Bakıdadır

BMT baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah əl-Mətuq Azərbaycana səfərə gəlib.

Axar.az xəbər verir ki, o, Bakıda keçiriləcək Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edəcək.

Səfər çərçivəsində Abdullah Mətuq əl-Mətuqla Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclasında görüş təşkil ediləcək.

Görüşdə qonağa Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunacaq.