Britaniya səfiri: “Müstəqilliyin qazanılması ilə nəticələnən mübarizə tarixinin başladığı gün” - FOTO

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə paylaşım edib.
“Bu gün Azərbaycan xalqı öz istiqlaliyyəti, azadlığı və dövlət müstəqilliyini qazanması ilə nəticələnən mübarizə tarixinin başladığı günü qeyd edir. Bütün Azərbaycan xalqını 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə təbrik edirəm!” - deyə o, “Twitter” hesabında yazıb.