Bünyadovla bağlı bu dissertasiya reallığı əks etdirmir - AMEA
14:45 06.11.2019
Aktual
457
Cari ilin oktyabrında Amsterdam Universitetində bu ali məktəbin Şərqi Avropa tədqiqatları üzrə mütəxəssisi Sara Krombaxın “Ziya Bünyadov və Azərbaycanın keçmişinin icadı” (“Ziya Buniatov and the İnvention of an Azerbaijani Past”) mövzusunda dissertasiyasının müdafiəsi olub.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutundan bildirilib ki, Amsterdam Universitetinin əməkdaşı kimi Sara Krombax “Sovet şərqşünaslığının mirası: elmi cəmiyyətlər, təşkilatlar, tədqiqatlar” (“The legasy of the Soviet Oriental Studies; networks: organizations: discourses”) adlı tədqiqat layihəsinin iştirakçısı olub. O, Azərbaycan şərqşünaslığının sovet və postsovet dövründə inkişafını tədqiqat mövzusu kimi seçib. Bu məqsədlə Azərbaycandakı Şərqşünaslıq İnstitutunun əməkdaşları, eləcə də Moskva və Sankt-Peterburqda rusiyalı şərqşünaslarla müsahibələr aparıb.
Əslində Sara Krombaxın dissertasiya işi Azərbaycan ictimaiyyətinin müxtəlif nümayəndələri ilə söhbətlərdən toplanaraq təhrif edilmiş məlumatlardan ibarətdir. Bu, tədqiqat əsəri olmaqdan çox, görkəmli Azərbaycan şərqşünası akademik Ziya Bünyadovu gözdən salmağa yönəlmiş dosyedir. Əsərdə görkəmli alimin elmi irsini təhrif etmək məqsədilə onun tərcümeyi-halının təhrifinə əsaslanan yalançı elmi yanaşmaların yer aldığı şübhə doğurmur. Dissertasiya müəllifinin tədqiqat obyektinə elmi baxışdan çox siyasiləşdirilmiş yanaşması da açıq-aydın görünür. Belə ki, akademik Ziya Bünyadovun tədqiqatları Azərbaycan xalqının tarixinin aktual problemlərinə və Azərbaycanın müasir inkişafı məsələlərinə, yəni bədxah erməni tarixçilərinin daim məkrli niyyətlərlə müdaxilə etdikləri problemlərə həsr olunub.
Xanım Krombaxın yozumunda akademik Ziya Bünyadovun qətli reallığı əks etdirmir. Müəllifin şayiələrdən və qərəzli mülahizələrdən əxz etdiyi belə iddialara akademik tədqiqatda yer olmamalıdır.
Məlum olduğu kimi, mərhum akademik Ziya Bünyadovun qətli ilə əlaqədar ciddi istintaq aparılıb, sui-qəsdin sifarişçiləri və icraçıları əsaslı dəlillərlə sübut olunub, cinayətkarlar məhkəmənin hökmü ilə cəzalandırılıblar.
Real elmi dəyərini ətraflı qiymətləndirmək məqsədilə hazırda Şərqşünaslıq İnstitutunda xanım Sara Krombaxın əsərinin hərtərəfli araşdırılması üzərində iş aparılır. Araşdırmaların nəticələri haqqında ictimaiyyətə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət