Deputatdan tələb:“Fransa artıq Minsk qrupunun həmsədri ola bilməz”
Fidan Həmişəyeva
13:30 14.05.2021
Aktual
1141
Fransa prezidenti Emmanuel Makron Azərbaycan-Ermənistan sərhədində yaranmış real vəziyyətə aydınlıq gətirmədən qərəzli bəyanatla çıxış edərək, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü pozmaqda ittiham edib.
Halbuki, Azərbaycan XİN-in bəyanatında da qeyd edildiyi kimi, Azərbaycan sərhədçiləri sözügedən ərazilərə - ölkəmizə aid mövqelərə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı üçtərəfli sazişin həyata keçirilməsi məqsədi ilə yerləşdirilirlər.
Fransa tərəfi, ATƏT-in Minsk qrupu çərçivəsində həmsədr statusunun əksinə, bir tərəfin mövqeyindən çıxış edərək, digər tərəfin dünya birliyinə təqdim etdiyi mövqeyini nəzərə almır. Fransa Prezidenti ciddi-cəhdlə BMT Təhlükəsizlik Şurasını prosesə cəlb etməyə çalışır.
Makronun qərəzli yanaşmasını “Sherg.az”a şərh edən millət vəkili Asim Mollazadə bildirib ki, Fransa prezidentinin erməni dilində yaydığı bəyanat onun mövqeyini açıq formada dünyaya nümayiş etdirir:
“Makron bölgədəki proseslərdə tərəf tutduğunu və beynəlxalq hüquq normalarına hörmətsiz yanaşdığını göstərdi. Tam haqlı olaraq tələb edirik ki, Fransa artıq Minsk qrupunun həmsədri ola bilməz. Fransanın beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq bölgəmiz haqqında hansısa bəyanat verməsi yenidən qarşıdurma və müharibəyə çağırış kimi qiymətləndirilməlidir. Makronun müharibə istəyi, münaqişəni yenidən canlandırmaq arzusu bütün dünya tərəfindən qınanılmalıdır. Beynəlxalq təşkilatlar bu proseslə bağlı Makronu susdurmaq üçün müvafiq addımlar atmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə