Diaspor Komitəsi Macarıstanda olub
17:39 04.11.2019
Aktual
456
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə nümayəndə heyəti 24-26 oktyabr tarixlərində Macarıstanda olublar.
Səfər çərçivəsində nümayəndə heyəti Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri cənab Gergely Farkas, Türk Şurasının Budapeşt Ofisinin rəhbəri səfir Yanos Hovari, həmçinin Azərbaycan diasporu və tələbələri ilə görüşlər keçirilib.
Macarıstan türkoloqları və Türk diaspor nümayəndələri ilə görüş də səfər çərçivəsində baş tutub. Macarıstan rəsmiləri ilə danışıqlar zamanı diaspor və miqrasiya ilə bağlı fikir mübadiləsi aparılıb.
Gergely Farkas iki ölkə arasındakı dostluq münasibətlərinin tarixi və səmərəli inkişafı, xaricdə yaşayan Macar icmalarına dair diaspor siyasətindən danışıb. Dünyadakı Macarıstan icmaları, miqrasiya problemləri, diasporların müxtəlif ölkələrdəki yerli icmalara inteqrasiyası və türkdilli diasporların ortaq fəaliyyəti haqqında fikirlərini Hövvari bölüşüb.
Komitə sədri Fuad Muradov Azərbaycanın diaspor siyasəti, komitənin quruluşu, fəaliyyəti və irimiqyaslı layihələri, xaricdəki azərbaycanlı icmalar tərəfindən görülən işlər, yerli cəmiyyətə inteqrasiya, eləcə də milli kimliklərin qorunması ilə bağlı fikirlərini bildirib. O qeyd edib ki, diaspor təşkilatları arasında dövlətlərarası dostluq münasibətlərinin formalaşdırılması artıq zərurətə çevrilib.
Fuad Muradov Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü, müxtəlif ölkələrdə türkdilli diasporların toplantıları haqqında ətraflı məlumat verib və Dünya Azərbaycanlıları Şəbəkəsinin qurulmasını strateji hədəf olaraq təyin edən Dövlət Komitəsinin olduğunu bildirib. Həmçinin bütün Türk diasporası şəbəkəsinin yaradılması üçün addımlar atır.
Görüşdə Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayat Quliyev ölkələrimizin mühüm inkişaf dövrünü yaşadığı bir zamanda bu görüşün müsbət addım olduğunu söyləyib. Macarıstanda yaşayan azərbaycanlı gənclər haqqında məlumat verib və onların Macarıstanda təhsil almalarına xüsusi diqqət yetirdiklərini bildirib.
Azərbaycan diasporu və tələbələri ilə görüş zamanı Komitə sədri Azərbaycanın diaspor siyasətindən və dünyada azərbaycanlıların təşkilatlanma imkanlarından danışıb.
Fuad Muradov azərbaycanlılarla belə açıq müzakirələrin aparılmasının vacibliyini vurğulayıb və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanması, Azərbaycanı dünyada tanıdılması istiqamətində çalışmalarının vacibliyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət