Dini liderlərin Bakı Sammitində dünyaya önəmli mesajlar verildi - ŞƏRH
Turan
13:56 15.11.2019
Aktual
1043
“Bakıda keçirilən dini liderlərin II Sammitinin ölkəmiz üçün böyük əhəmiyyəti var”. Bunu Sherg.az-a açıqlamasında ilahiyyatçı-alim Əkrəm Həsənov deyib. İlahiyyatçı bildirib ki, dünyada dini və milli-mənəvi dəyərləri sıxışdıranların məqsədi ölkələrdə hərc-mərclik, qarışıqlıq yaratmaqdır:
“Bütün bu problemlər fonunda ölkəmizin dini Sammitə ev sahibliyi etməsi böyük uğurdur. Ölkə rəhbəri tədbirdə bu məqama diqqət çəkdi və vurğuladı ki, “Bu beynəlxalq tədbirin çox böyük əhəmiyyəti var. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə nümunəvi ölkə kimi özünü göstərib. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır. Ölkə rəhbəri çıxışında bir daha bildirdi ki, biz bir ölkə kimi bütün dini baxışlara, hətta əks baxışlara belə hörmətlə yanaşırıq. Həqiqətən də ölkəmiz buna görə digər ölkələrdən fərqlənir. Dini ayrıseçkilik və hətta ateizm baxışları belə açıq şəkildə sərgilənir və bütün bu müxtəliflik bizim dözümlülüyümüzün əyani sübutudur”.
Ekspertin sözlərinə görə, tarixən əhalisi müsəlman olan ölkələrə qarşı təzyiq və təhdid dili işə salınıb:
“Ermənistan tərəfi torpağımızı işğal etmək bəhanəsini xristianlığa dayandırıb. Bizim ölkəmiz dinindən, irqindən və millətindən asılı olmayaraq, hər kəsə qonaqpərvər yanaşıb, hər kəsi hörmətli tutub. Təəssüflər olsun ki, zaman-zaman bu yaxşı ənənələrimizi yadellilər öz çirkin oyunlarına alət edib, humanistliyimizdən sui-istifadə ediblər. Ancaq ölkəmizə düşmən kəsilənlər məğlub olduqlarının fərqinə varmalıdırlar. Biz qalib tərəfik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm