Dini liderlərin Bakı zirvəsi: Sammit önəmli bəyanatların verilməsilə yadda qaldı
08:03 18.11.2019
Aktual
582
Bakıda Dünya dini liderlərinin II Sammiti keçirildi. Sammitin bəyannaməsində multikultiralizmin inişafının mühüm olması, dinin dövlətlər arasında dostluğu, sülhü təbliğ etməsinin önəmi vurğulandı. Belə böyük tədbirin ölkəmizdə baş tutmasının Azərbaycana böyük etimad və etibardan qaynaqlandığını söyləyənlər kifayət qədərdir.
“Mətbuatda multikulruralizm” kitabının müəllifi, jurnalist Niyaz Niftiyev düşünür ki, sammitin məhz Bakıda keçirilməsi heç də təsadüfi deyil.
O, Sherg.az-a bildirib ki, 2008-ci ildən başlayaraq Azərbaycan mədəni, dini və humanitar məsələlərin müzakirəsində mərkəz rolunu oynayır:
"Ötən müddət ərzində paytaxt Bakı demək olar ki, hər il bu kimi tədbirlərə ev sahibliyi edib. Əslində Azərbaycanın bu kimi tədbirlərə ev sahibliyi etməsinin obyektiv səbəbləri var. Əvvəla, Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan, tarixən, sahib olduğu tolerant və multikultural ənənələrini hüquqi və siyasi müstəvidə uğurla inkişaf etdirdi. İllər öncə, Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq milli ideoloji hədəf seçdi, əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini keyfiyyətcə yeni mərhələyə qaldırdı. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilir. İkincisi, dünyada baş verən etnik anlaşılmazlıq və separatizm meyllərinin gücləndiyi bir dövrdə Azərbaycan öz təcrübəsi ilə sabit birgəyaşayış modelini ortaya qoydu.
Üçüncüsü, Azərbaycanın həm Avropa, həm də İslam dəyərlərinə sadiqliyi ölkəmizin multikultural və tolerant dövlət statusunu rəsmiləşdirdi. Beləliklə, Azərbaycana maraq, onun təqdim etdiyi multikultural və tolerant təcrübəyə beynəlxalq dəstək gəlməyə başladı. Ötən müddət ərzində Bakının ev sahibliyi etdiyi tədbirlərin beynəlxalq tərəfdaşlarının sayı genişləndi. BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, UNESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar artıq Bakıda keçirilən tədbirlərin tərəfdaşları kimi çıxış etdilər. Belə olan təqdirdə Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına verdiyi töhfənin əhəmiyyəti daha böyük oldu. Cənab Prezidentin də Sammitdə çıxışında qeyd etdiyi kimi, Dünya dini liderlərinin II Bakı Sammiti onun bilavasitə təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı Prosesi”, “Multikulturalizm ili” və ən nəhayət “İslam Həmrəyliyi İli” çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin davamıdır. Bu silsiləyə Bakıda hər iki ildən bir keçirilən Mədəniyyətlərarası Dialoq Forumunu da əlavə etsək millət və dövlət olaraq əldə etdiyimiz beynəlxalq dəstəyin əhatə dairəsinin daha geniş olduğunu görə bilirik.”
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:33 05.11.2026
Cəmiyyət
Putin və Zelenski Türkiyədə görüşə bilər
13:28 05.11.2026
Dünya
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə