
Ermənistan Azərbaycandan qaz tədarük etmək istəyir -Açıqlama
Ermənistan Azərbaycandan qaz tədarük etmək istəyir -Açıqlama
08:01 19.09.2024
Aktual
618
Paşinyanın arzusunun reallaşması üçün üçtərəfli Bəyanatın 9-cu bəndi icra olunmalıdır
Ermənistanda Azərbaycandan təbii qazın tədarükü məsələsi yenidən gündəmə gəlib. Ermənistan Baş naziri Nikol Paşinyan dünya erməniləri samitində çıxışı zamanı sülh müqaviləsi imzalanacağı təqdirdə Azərbaycandan qaz ala biləcəyini və qazın Ermənistan üzərindən tranzit keçməsinin mümkün olacağını bildirib.
Onun sözlərinə görə, Ermənistan ərazisi ilə Azərbaycandan Naxçıvana və ya Türkiyəyə tranzit qaz kəmərinin keçməsi ssenarisi istisna edilmir: “İndi Ermənistan qazı Rusiya və İrandan idxal edir. Ümumiyyətlə, dünyada mütləq enerji müstəqilliyi olan ölkə yoxdur. Ona görə biz sektorun şaxələndirilməsi barədə düşünməliyik”.
Politoloqların fikrincə, Ermənistanla Azərbaycan arasında qaz kəmərlərinin bərpasını Cənubi Qafqazda kommunikasiyaların açılması kontekstində nəzərdən keçirmək olar. Regionda uzunmüddətli sülhün yaranması üçün regional kommunikasiyaların açılması, daha da genişlənməsi, bu istiqamətdə əməkdaşlığın güclənməsi çox vacibdir. Ermənistan revanşist düşüncələrdən azad olsa, qonşuları ilə sülh şəraitində, yumşaq desək, öyrəşsə, Azərbaycanın inkişaf etmiş nəqliyyat və enerji infrastrukturlarından bəhrələnə biləcək.
Lakin bir məsələ var, Azərbaycan onsuz da Ermənistandan fərqli olaraq 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bu bəndinin həyata keçirilməsinə hər cür töhfə verir. O cümlədən, Azərbaycan tərəfi Zəngəzur dəhlizinin bərpası istiqamətində fəal iş aparır. Ermənistan tərəfi bu istiqamətdə konkret addımlar atmaqdan hər vəchlə yayınır, bu cür davranışları əsassız “qorxularla” əsaslandırır. Belə olan halda belə bir sual yaranır: Ermənistan tərəfi hər şeyi kağız üzərində qoymaq istəyirsə, indi qaz kəmərlərinin bərpasını müzakirə etməyə dəyərmi?
Millət vəkili Azər Badamovun “Sherg.az”a açıqlamasına görə, bu məsələnin öz həllini tapması üçün Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndini icra etməlidir:

“Bu bəndə əsasən Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında maneəsiz keçid təmin olunmalıdır. Təəssüf ki, Ermənistan hələ də belə bir keçidin açılması istiqamətində heç bir iş görmür. Amma bu dəhlizin açılması zaman məsələsidir. Dəhliz açılandan sonra Naxçıvana və əks istiqamətdə ölkədaxili daşımalar heç bir nəzarətə cəlb olunmamalıdır. Amma xaricə ixrac olunan mallarda isə Ermənistan qanunlarına əsasən tranzit daşınması mümkün olacaqdır. Tranzit daşımaların baş tutması Ermənistana da gəlirlər qazandıracaq. Bu, qazın, yüklərin, elektrik enerjisinin və digər vasitələrin daşınmaları ola bilər. Amma Ermənistan unutmamalıdır ki, Azərbaycanın ölkədaxili daşımaları tranzit daşımaları kimi yox, Azərbaycanın bir bölgəsindən digər bölgəsinə daşımalar anlamı ilə həyata keçirməlidir. Belə bir təcrübə Rusiyadan Kalininqrada daşınmalarda tətbiq olunur. Eyni qaydalar da Azərbaycandan Naxçıvana daşımalarda tətbiq olunmalıdır. Bununla yanaşı Azərbaycanla Ermənistan arasında bütün kommunikasiyalar da açılır. O cümlədən ölkəmizdən qaz, neft məhsulları və digər malların Ermənistana idxal edilməsi imkanları da formalaşacaq. Qısa olaraq qeyd etmək istəyirəm ki, dayanıqlı sülh müqaviləsi imzalanandan sonra iki ölkə arasında səmimi qonşuluq münasibətlərinin formalaşması reallıq olacaq. Bu da Ermənistanın gələcəyi üçün çox vacibdir. Bu baxımdan Paşinyan bu məsələləri ancaq tribunalardan səsləndirməməlidir. Həm də real iş görməklə Zəngəzur dəhlizinin açılması istiqamətində hərəkətə keçməsi vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur