Fransadan Almaniyaya qaytarılan Azərbaycan vətəndaşı deportasiya ediləcək
13:45 15.11.2019
Aktual
487
Qaçdığı Fransadan yenidən Almaniyaya gətirilən Rəfail Priyev adlı Azərbaycan vətəndaşının barəsindəki deportasiya qərarı icra ediləcək.
Report xəbər verir ki, R.Priyev ötən gün Fransadan təyyarə ilə Almaniyanın Hamburq əyalətinə gətirilib.
O, hazırda hava limanının yaxınlığında yerləşən “Deportasiya mərkəzi”ndə saxlanılır.
R.Priyev mərkəzin təhlükəsizlik xidmətinin əməkdaşları ilə mübahisə edib, onları təhqir etdiyi üçün tək nəfərlik kameraya köçürülüb.
Yaxın günlərdə onun təyyarə ilə İtaliyaya deportasiya edilməsi gözlənilir.
Xatırladaq ki, Rəfael Piriyev bir neçə gün əvvəl Fransada saxlanılıb. O, Almaniyaya İtaliya vizası ilə daxil olduğundan, sığınacaq istəyi ilə bağlı müraciəti baxılmadan “Dublin sazişi”nə əsasən İtaliya Miqrasiya İdarəsinə yönləndirilib.
Azərbaycan vətəndaşı qərardan məhkəməyə bir neçə dəfə şikayət edib. Ancaq məhkəmə onun sığınacaq istəyinin yalnız viza aldığı Avropa ölkəsində baxıla biləcəyini əsas gətirərək barəsində deportasiya qərarı verib.
R.Priyev sosial şəbəkələrdə Azərbaycan hökuməti və müxalifəti barədə təhqiramiz çıxışları ilə tanınır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm