
Geriyə yol yoxdur! - “Azərbaycan İranla “öz dilində” danışır”
Geriyə yol yoxdur! - “Azərbaycan İranla “öz dilində” danışır”
Yusif Nəzərli
10:32 17.11.2022
Aktual
1073
“Prezident İlham Əliyevin Güneydə yaşayan soydaşlarımızın haqq və hüquqlarının qorunması məsələsini Türk Dövlətləri Təşkilatının (TDT) gündəliyinə daşıması təsadüfi deyil”
“Təbriz küçələrində İlham Əliyevin posterləri, müxtəlif şüarlar və.s təbii olaraq molla rejimini qorxudur”
"Bu gün Azərbaycan və İran münasibətlərində ciddi çatlar yaranıb. Məhz cənub qonşumuz çatları daha da dərinləşdirir.
Uzun illərdir ki, Azərbaycana qarşı düşmən mövqedən çıxış edən rəsmi Tehran Azərbaycanın müstəqilliyini, Qarabağın geri qayıtmasını həzm edə bilmir".
Bunu "Sherg.az"a siyasi şərhçi Rusif Məmmədsoy son günlər gərginləşən İran-Azərbaycan münasibətlərindən danışarkən deyib.
Analitikin fikrincə, İran daim Ermənistanı silahlandırıb və dəstəkləyib:

"Hələ azmış kimi daxildə təxribatçı qruplar yaradıb, onları da silahlandırıb. Hətta səfirlikdən də istifadə edib. Əlbəttə, biz baş verənlərə dözümlü yanaşa bilmərik. Artıq geriyə yol yoxdur. Azərbaycan İranla öz dilində danışmağa başlayıb. Belə ritorika davam edəcək.
Prezident İlham Əliyevin Güneydə yaşayan soydaşlarımızın haqq və hüquqlarının qorunması məsələsini Türk Dövlətləri Təşkilatının (TDT) gündəliyinə daşıması təsadüfi deyil. Bu, İranı narahat etməklə bərabər, həmçinin güneyli soydaşlarımıza ciddi dəstək və stimul idi.
Soydaşlarımız yalnız deyil və onların yanında olduğumuzu hiss edirlər. Təbriz küçələrində İlham Əliyevin posterləri, müxtəlif şüarlar və.s təbii olaraq molla rejimini qorxudur. Verilən mesaj isə budur: biz azadlıq, ədalət və milli hökumət tələb edirik".
Qeyd edək ki, Azərbaycan - İran münasibətlərinin gərgin olduğu ərəfədə Təbrizdə Prezident İlham Əliyevə dəstək posterləri yayılıb. Güney Azərbaycan şəhərlərində divarlara dövlət başçısının fotoları vurulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi