Güzəşt olmayacaq! “Minsk Qrupunun “reanimasiyası” mümkün deyil”
Banuçiçək Kalbalıyeva
12:21 03.08.2021
Aktual
756
Ermənistn hərbi-siyasi hakimiyyəti yenidən əl-ayağa düşüb. Rəsmi İrəvan müxtəlif bəhanalər, vasitələrlə ATƏT-in Minsk Qrupunu canlandırmaq istəyir. Halbuki biz bu qurumun vasitəçiliyindən imtina etmiş və öz işimizi özümüz görmüşük. Çünki Minsk Qrupu faktiki olaraq “ölü can”dır. Həmsədrlər otuz il ərzində nə dindilər, nə də danışdılar. Sadəcə gəldilər, gəzdilər, yeyib-içib , getdilər. Şübhəsiz ki, bu, İrəvana sərf edir. Bizim isə belə niyyətimiz yoxdur.
BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli Minsk Qrupunun gələcək taleyi ilə bağlı “Sherg.az”ın suallarını cavablandırdı:
- Ermənistan Minsk Qrupunu “reanimasiyadan” çıxarmağı niyə bu qədər çox istəyir?
- Əlbəttə, bu, İrəvanın maraqlarına və revanşist əhval-ruhiyyəyə uyğundur. Düşmən beləliklə, müharibənin bitmədiyini göstərmək və Qarabağ ermənilərinə “status” verməyə çalışır.
- Qərbin məsələyə münasibəti necədir?
- Fransa ilə ABŞ bunun mümkün olduğunu göstərməyə çalışır. Çünki həmin dövlətlər ancaq Minsk Qrupu vasitəsilə proseslərə müdaxilə edə bilərlər. Lakin Vaşinqton üçün ən yaxşısı Böyük Britaniyanın, Türkiyənin, İtaliyanın Qafqaz siyasətinə uyğun davranmaqdır. Bu, ABŞ-a daha böyük imkanlar verəcək. İkinci bir tərəfdən, Minsk Qrupunun fəaliyyətinin dayanması ATƏT-in nüfuzuna zərbə olacaq. Ona görə də Qərb bu qurumu dirçəltməyə can atır.
- Bəs Rusiya?
- Şimal qonşumuzun ən zəif nöqtəsi sülhməramlıların “statusu”nun müəyyən edilməməsidir. ABŞ və Fransa başa düşür ki, Rusiya təzyiq yolu ilə proseslərə müdaxilə edib. Amma Moskvanı geri çəkə bilmirlər. Bunu yalnız Türkiyə bacarar. Sadəcə təəssüf ki, Qərb, o cümlədən ABŞ Türkiyəyə birbaşa dəstək verməkdən çəkinir.
- Minsk Qrupu hansı halda mövcudluğunu saxlaya bilər?
- Daha real, yeni şərtlərə uyğun gündəlik tərtib olunmalıdır. Lakin hələ də Minsk Qrupu inadkarlığından əl çəkmir, Qarabağ erməniləri üçün hansısa “status”dan danışır. Bu, işi çətinləşdirir. Dediyim kim, yeni, tamam fərqli gündəlik olmadıqca Minsk Qrupunun “reanimasiyası” mümkün deyil.
- Niyə belə düşünürsünüz?
- Çünki Azərbaycanın arxasında Türkiyə, Pakistan, bəzən üzdə görünməsələr də, Böyük Britaniya, İsrail, İtaliya kimi böyük güclər var. Onlar buna imkan verməzlər. Üstəgəl, Bakının Minsk Qrupunuza güzəştə gedəcəyinə inanmıram.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
13:40 06.08.2026
Dünya
AZAL-ın fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirəcək
13:36 06.08.2026
Aktual
NASA: "Falcon 9" raketinin fraqmenti plansız şəkildə Aya çırpılıb
13:27 06.08.2026
Dünya
NBC: Trampın zəngindən sonra Pentaqonda təcili iclas çağırılıb
13:11 06.08.2026
Gündəm
"Deportivo" Anhelinyonu "Roma"dan icarəyə götürüb
12:57 06.08.2026
Futbol
Ərdoğan MTŞ-də Cənubi Qafqazı müzakirə edəcək
12:42 06.08.2026
Gündəm
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
12:39 06.08.2026
Cəmiyyət
İsmayıllıda 7 yaşlı uşaq qıcolmadan ölüb
12:27 06.08.2026
Hadisə
İsrail ordusu Livanın cənubuna zərbələr endirdi
12:11 06.08.2026
Dünya
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində rekord qırdı
11:07 06.08.2026
Dünya
İtaliyada qadın bir milyon avroluq bileti səhvən zibilliyə atdı
10:11 06.08.2026
Dünya
Bunu etsək, Moskva və Piterdə ayılar gəzəcək - Dunda
09:57 06.08.2026
Dünya