Havanın temperaturu 19 dərəcəyə yüksələcək
09:20 27.02.2020
Aktual
401
Azərbaycanda sabaha müşahidə olunacaq hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralda 28-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 28-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq yarada bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm