İndi diktə edən Azərbaycandır! - “Ermənistan şərt dilində danışa bilməz”
Yusif Nəzərli
14:35 03.02.2022
Aktual
692
“Biz diqtə edən tərəf kimi, delimitasiya, demarkasiya, sülh sazişi, kommunikasiyaların açılması, Zəngəzur dəhlizi, dəmiryolu və s. bütün nə lazımdırsa, 10 Noyabr və digər müqavilələrə uyğun olaraq təkliflərimizi vermişik”
“Qalib tərəf kimi onlardan konkret addımlar gözləyirik. Bəli, təklifləri açıqlasınlar, görək, nə istəyirlər?”
Çünki status məsələsi olmayıb və olmayacaq da! Orada aydın olmayan bir məsələ yoxdur”.
“İki həftə öncə Ermənistan Rusiya vasitəsilə Azərbaycana delimitasiya prosesinin başlaması ilə bağlı yeni təkliflərini təqdim edib”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə brifinqdə deyib.
Nazir bildirib ki, təkliflərin detallarını açıqlamır.
“Bu təkliflər prosesə başlamaq üçün ilkin şərtlərdir. Azərbaycan tərəfi öz mövqeyini bir daha qarşı tərəfə çatdırıb. Bizim təklifimiz budur ki, heç bir qeyd-şərt olmasın”, - deyə Ceyhun Bayramov əlavə edib.
Nazirin açıqlamısını “Sherg.az”a şərh edəın millət vəkili Arzu Nağıyev Ermənistanın bugünkü vəziyyəti saxlamaq üçün əlindən gələni etdiyini bildirib:
“Delimitasiya və demarkasiya haqqında məsələlər həm Soçi, həm də Brüssel görüşlərində müzakirə olunub. Buna əsasən, müəyyən proseslər başlamalıdır. İkitərəfli komissiyaların mövcudluğu təmin olunmalıdır. Onların yaradılması üçün müvafiq addımlar atılmalı idi. Lakin Ermənistanın prezidentinin istefa verməsi, daxildə baş verən proseslər, yenidən qondarma quruma maliyyə yardımının ayrılması və digər proseslər göstərdi ki, ümumiyyətlə, Ermənistanda daxili və xarici siyasətə nəzarət edə bilmirlər”.
Parlamentari qeyd edib ki, Ermənistan şərt dilində danışa bilməz:
“Biz diqtə edən tərəf kimi, delimitasiya, demarkasiya, sülh sazişi, kommunikasiyaların açılması, Zəngəzur dəhlizi, dəmiryolu və s. bütün nə lazımdırsa, 10 Noyabr və digər müqavilələrə uyğun olaraq təkliflərimizi vermişik. Qalib tərəf kimi onlardan konkret addımlar gözləyirik. Bəli, təklifləri açıqlasınlar, görək, nə istəyirlər? Çünki status məsələsi olmayıb və olmayacaq da! Orada aydın olmayan bir məsələ yoxdur”.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə