İran ABŞ-nin istifadə etdiyi bazalara raket zərbələri endirib

İran ABŞ-nin Fars körfəzində İran tankerlərinə hücumlarına cavab olaraq İordaniyada Amerika Silahlı Qüvvələrinin istifadə etdiyi aviabazalara raket zərbələri endirib.

Teleqraf xəbər verir ki, bu barədə SNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, İran İordaniyadakı Müvəffəq əs-Salti və Şahzadə Həsən aviabazalarını hədəfə alıb. Məlumata görə, iki hərbi obyektə ümumilikdə azı 20 raket buraxılıb.

Bundan əvvəl İranın dövlət teleradio şirkəti ABŞ-nin Fars körfəzində üç İran mülki gəmisinə zərbə endirdiyini açıqlayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri isə hücumlardan sonra Bəhreyn və Küveyt limanları yaxınlığındakı tanker ekipajlarını mümkün cavab zərbələri ilə əlaqədar gəmiləri tərk etməyə çağırıb.