İrəvana adekvat cavab:“Təhdid nöqtələri susdurulacaq”
Banuçiçək Kalbalıyeva
10:13 03.08.2021
Aktual
821
Sərhəddə Ermənistanın təxribatları davam edir. Düşmən silahı yerə qoymur. Əvvəl Kəlbəcər, sonra isə Naxçıvan istiqamətində ard-arda törədilən provokasiyalar çoxlarının fikrincə, növbəti anti-terror əməliyyatlarını labüd edir.
Milli Dirçəliş Hərəkarı Partiyasının sədri Fərəc Quliyev bu barədə “Sherg.az”a danışdı. O, təxribatlara zəmin yaradan səbəbləri sadaladı:
“Məsələ ondan ibarətdir ki, 10 noyabr üçtərəfli bəyanatına əməl olunmur. Ermənistan müddəaların icra edilməsini ləngitmək məqsədilə vəziyyəti gərginləşdirir. Əgər Rusiya razılığın dördüncü maddəsinə uyğun olaraq erməni yaraqlılarını Qarabağdan çıxarsa idi, belə olmazdı.
Həmçinin kommunikasiya xətlərinin, xüsusilə Zəngəzur dəhlizinin açılmaması, Qarabağdan qovulmuş Azərbaycan türklərinin geri qaytarılmaması xaotik durum formalaşdırır”.
F.Quliyevin fikrincə, Bakı İrəvana adekvat cavab verməlidir:
“Rusiya bilərəkdən maddələrin icrasını gecikdirir və təxribat üçün Ermənistana işarə verir. Beləliklə, yeni gərginlik yaranır və tədricən razılıqlar unudulur. Düşünürəm ki, düşmənin bu addımları davam etsə, müharibə üçün səbəb yaranacaq. Və Azərbaycan təhdid nöqtələrini susdurmağa məcbur qalacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AZAL-ın fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirəcək
13:36 06.08.2026
Aktual
NASA: "Falcon 9" raketinin fraqmenti plansız şəkildə Aya çırpılıb
13:27 06.08.2026
Dünya
NBC: Trampın zəngindən sonra Pentaqonda təcili iclas çağırılıb
13:11 06.08.2026
Gündəm
"Deportivo" Anhelinyonu "Roma"dan icarəyə götürüb
12:57 06.08.2026
Futbol
Ərdoğan MTŞ-də Cənubi Qafqazı müzakirə edəcək
12:42 06.08.2026
Gündəm
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
12:39 06.08.2026
Cəmiyyət
İsmayıllıda 7 yaşlı uşaq qıcolmadan ölüb
12:27 06.08.2026
Hadisə
İsrail ordusu Livanın cənubuna zərbələr endirdi
12:11 06.08.2026
Dünya
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində rekord qırdı
11:07 06.08.2026
Dünya
İtaliyada qadın bir milyon avroluq bileti səhvən zibilliyə atdı
10:11 06.08.2026
Dünya
Bunu etsək, Moskva və Piterdə ayılar gəzəcək - Dunda
09:57 06.08.2026
Dünya