"...İsraildə Azərbaycan səfirliyi açılmalıdır" - ŞƏRH
Turan
08:03 14.05.2021
Aktual
680
"İsrail Azərbaycan əlaqələri yüksək səviyyədə davam edir. Buna baxmayaraq Azərbaycan indiki İsrail-Fəəlstin məsələsində bəynəlxalq hüquqa uyğun olaraq problemin həllində maraqlıdır".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Analitik vurğulayıb ki, Yaxın Şərqdəki böhrana baxmayaraq İsraildə Azərbaycan səfirliyi açılmalıdır:
"İsraillə əməkdaşlıq heç də üçüncü ölkələrə qarşı yönəlməyib. Azərbaycan məhz Fələstin məsələsinə görə bu illər ərzində səfirlik açmayıb. Hazırda isə, bu problemə görə siyasi əlaqələri qarşılıqlı səfirlik açmaq mərhələsinə gətirmək lazımdır. Azərbaycan yalnız öz siyasi və təhlükəsizlik maraqlanarına uyğun ikitərəfli əlaqələrin inkişafı baxımından buna yanaşır. Hazırda İsrailin ərəb dünyası ilə yeni bir sülh mərhələsi başlayıb".
Siyasi şərhçi bəyan edib ki, hazırkı böhran fonunda İran və digər ərəb ölkələri də ciddi şəkildə İsrailin üzərinə getmir:
"Belə olan təqdirdə Azərbaycan birmənalı olaraq öz milli maraqlarından çıxış etməklə yanaşı, beynəlxalq hüquq normalarına uyğun olaraq məsləyə yanaşmaqla, iki tərəflə əlaqələri davam etdirir. Qeyd edim ki, İsraillə Fələstin arasında atəşkəs bir neçə gündən sonra əldə olunacaq. İsraildə daxili siyasi vəziyyət mürəkkəbdir. Ona görə də hazırkı mərhələdə müharibə alovlanıb. Tərəflər atəşkəsə gedərək Vaşinqtonun vasitəsilə danışıqlar baş tuta bilər. ABŞ çalışır ki, İranla nüvə sazişindən sonra üstünlüyü ələ alıb, Fələstin məsələsində irəliləyiş əldə edilməsi üçün praqmatik addımlar atacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya