İsveçrə Ukrayna danışıqlarınun yeni raunduna ev sahibliyi etməyə hazırdır

İsveçrə Ukrayna üzrə üçtərəfli danışıqların yeni raunduna ev sahibliyi etməyə hazırdır.

APA xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Pyer-Alen Elçinger bildirib.

O qeyd edib ki, İsveçrə Ukraynada ədalətli və davamlı sülhə nail olmağa yönəlmiş istənilən diplomatik təşəbbüsü dəstəkləyir.

Rəsmi İsveçrə XİN-in bütün tərəflərlə əlaqə saxladığını və danışıqların təşkili üçün öz xidmətlərini təklif etdiyini bildirib.

Bununla belə, o, görüşün keçirilməsi ilə bağlı İsveçrəyə rəsmi müraciətin daxil olub-olmadığını açıqlamayıb.