Kanada Aİ-nın Ermənistandakı missiyasına Amuldağ mədəninə görə qoşulub - ARAŞDIRMA
12:45 01.02.2024
Aktual
417
Kanadanın ötən il çox uzaq regionda - Ermənistan-Azərbaycan şərti sərhədindəki Avropa İttifaqının müşahidə missiyasına tələm-tələsik qoşulmasının səbəbi çoxlarına aydın deyildi.
APA-nın məlumatına görə, “Environmental Protection First” Koalisiyasının apardığı araşdırmalar üzə çıxarıb ki, hazırda Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın yerləşən Amuldağ mədənini bütün ekoloji normaları heçə sayaraq istismar edən şirkətin əsas payçısı məhz Kanada imiş. Belə ki, Amuldağı hazırda “Lydian Canada Ventures” şirkətinin törəməsi olan “Lydian Armenia” şirkəti istismar edir, “Lydian Canada Ventures”un sahibi isə Kanadanın “Osisko Gold Royalties” şirkəti, digər sahibi isə ABŞ-ın “Orion Mine Finance” investisiya şirkətidir.
“Lydian Armenia” məhz Kanada və ABŞ hökumətlərinə arxalanaraq, Ermənistan hakimiyyətinin dəstəyi ilə Amuldağ yatağını amansızlıqla istismar edir, bütün kimyəvi tullantıları isə Azərbaycan istiqamətinə axıdır, yerli və xarici ekoloqların həyəcan təbilinə isə məhəl qoymur. Bütün bunlar Ermənistanın Azərbaycanla şərti sərhədində patrulluq edən Kanada və digər Qərb ölkələrinin missiyasının gözləri qarşısında baş verir.
Göründüyü kimi, Kanada və ABŞ Azərbaycan ekologiyasını zəhərləməklə Amuldağ mədənindən milyardlarla dollar götürməyə hazırlaşır. Bu il mədəndən ilk qızıl hasilatı gözlənilir.
Artıq Azərbaycanın və Ermənistanın ekoloji yönümlü təşkilatları ayağa qalxıb, onlar “Amuldağ” yatağında ətraf mühitə ziyan vuran dağ-mədən sənayesi işlərinin dərhal dayandırılmasını istəyiblər. Buna baxmayaq, işlər dayandırılmayıb. Ötən gün 22 ölkədən 49 QHT və ekofəal Cənubi Qafqaza ekoloji ədalət tələb edib, onlar Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətinin çağırışlarına dəstək veriblər.
ABŞ və Kanada şirkətləri, Ermənistan hakimiyyəti bu günə qədər də Amuldağ mədənində ekoloji monitorinqlərə icazə vermir, mədəndə aparılan işlərin Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi sənədini isə ictimaiyyətə açıqlamır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol