Kiyevdə Nəsimin adını daşıyacaq müasir kompleks inşa olunacaq
08:49 05.11.2019
Aktual
430
Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir-şair İmadəddin Nəsimi adına çoxfunksional kompleks binasının təntənəli təməlqoyma mərasimi keçirilib.
Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və sifarişi ilə tikiləcək mədəni-tarixi kompleksdə Nəsimi adına Mərkəz, muzey, konfrans zalları fəaliyyət göstərəcək. Bundan başqa kompleksdə Qonaq Evi də fəaliyyət göstərəcək.
Təməlqoyma mərasimindən öncə səfirliyin əməkdaşları kompleksin qarşısında yerləşən parkda ucaldılan Nəsiminin heykəli ətrafında abadlaşdırma işləri aparıblar, yeni ağaclar əkiblər. Sonra Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev təməl daşını atıb.
Bu binanın 2020-ci ilin dekabrında istifadəyə veriləcəyini qeyd edən səfir çıxış edərək Nəsimi irsinin öyrənilməsi və təbliği üçün belə bir kompleksin olmasının vacibliyini vurğulayıb: “Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili”nin elan edilməsindən sonra səfirliyin təşəbbüsü ilə mərkəzi parkların birində Nəsiminin heykəli ucaldılıb. Bu gün də çoxfunksional kompleksin təməlqoyma mərasimi “Nəsimi ili” çərçivəsində keçirilən tədbirlər planının tərkib hissəsidir”.
Səfir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında tanınmış azərbaycanlı mütəfəkkirlərin irsinin dünyada təbliği istiqamətində çox önəmli layihələr gerçəkləşdirilir.
Qeyd edək ki, binanın inşası azərbaycanlı investorların sahib olduğu “Drujba Narodov SND” şirkəti tərəfindən həyata keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət