Litva Prezidenti 2 rus casusu əfv etdi
15:36 15.11.2019
Aktual
511
Litva Prezidenti Qitanas Nauseda rəsmi Moskvanın xeyrinə casusluq etdiklərinə görə həbs olunan Rusiya vətəndaşları Nikolay Filipçenko ilə Serqey Moissenkonu əfv edib.
Bu barədə Litva Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Onlar cəzalarnın qalan hissəsini çəkməkdən azad olunublar. Eyni zamanda, Rusiya səfirliyi hələlik əfv barədə rəsmi bildiriş almayıb.
Qeyd edək ki, ötən həftə Litva parlamenti Cinayət Məcəlləsinə məhkumların casusluğa görə digər dövlətlərlə mübadiləsini nəzərdə tutan dəyişikliyə səs verib.
Bu məqamda bildirək ki, N. Filipçenko 2015-ci ildə Kalininqrad vilayətindən Belarusa gedən tranzit qatarda saxlanılıb. O, litvalılarla işə qəbul üçün bir neçə görüş keçirən mütəşəkkil dəstənin tərkibində çıxış edib. Vilnüs məhkəməsi 2017-ci ilin avqustunda onu 10 il həbs cəzasına məhkum edib. (“Qafqazinfo”)
Rusiyalı Moiseenko və Litva vətəndaşı Sergey Puşin 2014-cü ildə casusluqda ittiham edilib. Müstəntiqlərin fikrincə, litvalı gizli məlumatları Rusiya kəşfiyyatının xeyrinə toplayıb, sonra onu Moiseenkoya ötürüb.
Puşin Litva Müdafiə Nazirliyinin gizli sənədlərinin surətlərini ələ keçirməkdə, Moiseenko isə qanunsuz silah və partlayıcı maddə saxlamaqda ittiham olunub. 2017-ci ilin fevralında litvalı 5 il, rus isə 10,5 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm