Məhəmməd Əsədullazadə: "Ölkədə narkotika istehsal edilir, yoxsa belə ucuz qiymətə satılmazdı"
10:45 11.07.2021
Aktual
1343
“Ölkədə narkomaniya geniş şəkildə yayılıb”. Sherg.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, xüsusilə gənclər arasında ucuz qiymətə "şüşə" adlandırılan narkotik maddənin yayılması təbii ki, bu sahəyə qarış indiyə qədər mübarizə aparılmaması və bu maddənin yayılmasına şərait yaradılmasıdır:
“Ola bilər ölkə daxilində bunun istehsalı var. Yoxsa, ucuz qiymətə və bu qədər yayılması baş verməzdi.
"Patı" və digər narkotik maddələrin inkişaf etməsində iki hal var. Birinci, ölkə daxilində istehsal edilir. İkinci, buna şərait yaradılıb. Artıq proses böhranlı vəziyyətə gəldikdən sonra ictimai müzakirəyə çıxması və DİN-nin fəaliyyəti bu bəlanın qarşısının alınmasında mühüm rol oynayar. Daxili İşlər nazirliyinin Narkotiklərə Qarşı Baş mübarizə idarəsi bununla bağlı effektli işləyəcəksə, qarşısını ala biləcək. Polisin əlində çox asan bir işdir. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun narkomaniyaya qarşı sərt mübarizə aparacağını gözləyirik. Artıq bir neçə gündür ki, polis əməliyyatlar keçirib, həbslər həyata keçirir”.
M.Əsədullazadə qeyd edib ki, ilk növbədə bu işə himayə edəni tapıb zərərləşdirmək lazımdır: “
İrandan da ölkəmizə narkotik və psixotrop maddələrin qanunsuz yolla keçirilməsinə cəhdlər edilir. DSX və təhlükəsizlik orqanları sistemli şəkildə bunun qarşısını alır. Amma, əsas iş polisin üzərindədir. Polis hərməhlədə bu işin qarşısını almaq iqtidarındadır. Sadəcə, polis bu işdə qətiyyətli olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial